Ağdam şəhərinin və şəhərə yaxın 4 kəndin içməli su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işləri aparılıb və "Ağıllı su" layihəsi hazırlanır.

"Azərsu" ASC-dən verilən məlumata görə, layihəyə əsasən Ağdam şəhəri içməli su ilə yeraltı su mənbəyindən təmin olunacaq və bu məqsədlə ilkin mərhələdə 3 kəşfiyyat-qiymətləndirmə quyusu qazılıb.

Ümumilikdə, şəhərin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə 24 quyunun qazılması, quyu zonasının əsas və alternativ (generator) elektrik enerjisi ilə təminatı layihələndirilib. Subartezianlardan qəbul olunacaq su relyef baxımından yüksəklikdə yerləşən anbarlarda toplanacaq və yaşayış məntəqələrinə özüaxımlı rejimdə ötürüləcək. Şəhərdə paylayıcı su şəbəkəsinin yaradılması, şəbəkə üzərində yanğın hidrantlarının, siyirtmələrin quraşdırılması layihədə öz əksini tapıb, eləcə də hər bir abonentin məsafədən oxunan elektron sayğacla təminatı təklif edilib.

Ağdam şəhərinin tullantı və yağış sularının idarə edilməsi ilə bağlı hazırlanan layihə çərçivəsində kanalizasiya-yağış infrastrukturunun qurulmasında da müasir texnologiyalardan istifadə olunacaq. Layihəyə uyğun olaraq Ağdam şəhərində formalaşan tullantı suları məhsuldarlığı sutkada 30 min kubmetr layihələndirilən bioloji tipli qurğuda təmizləndikdən sonra texniki və suvarma məqsədilə təkrar istifadəyə qaytarılacaq.

Layihədə şəhərin yağış sularının 2 hövzəyə ayrılmaqla idarə olunması nəzərdə tutulur. Yağış sularının da hər bir hövzədə tikiləcək anbarda toplanaraq təkrar istifadə olunması planlaşdırılır.

Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış suları sistemlərinin vahid mərkəzdən idarə olunması layihələndirilib. Subartezianların məhsuldarlığı, anbarların səviyyəsi, suyun keyfiyyət göstəricilərinə SCADA sistemi ilə nəzarət olunacaq, şəbəkənin hidravlik tənzimlənməsi onlayn rejimdə həyata keçiriləcək.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti