Ötən günlərdə Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri vəzifəsindən azad edildi və bu vəzifəyə Taleh Kazımov təyin olundu.

Bu qərarların ardından Azərbaycanın dövriyyədə olan milli pul nişanlarının üzərində Elman Rüstəmovun imzasının olması əsas müzakirə mövzularından birinə çevrilib. Bəs manatın üzərindən sözügedən imza çıxarılacaqmı?

Məsələni “Ölkə.Az”a şərh edən hüquqşünas ekspert Əkrəm Həsənov bildirdi ki, manatın dizaynı qanunla təsdiq olunmur. Bu dizaynı Mərkəzi Bank özü təsdiqləyir və onun səlahiyyətində olan məsələdir: “Manatın üzərində imzanın olması qanuna zidd olmasa da, arzuolunan deyil. Çünki Mərkəzi Bank sədri dəyişə bilir. İndi də yeni manatın üzərində Taleh Kazımovun imzası olacaq. Təbii, ki əvvəlki manat əsginasları öz qüvvəsindədir. Çünki Elman Rüstəmov onları imzalayan zaman səlahiyyətli şəxs idi”. 

Ekspertin sözlərinə görə, dünyanın əksər valyutalarına baxsaq, belə bir imzanın olmadığını görəcəyik. Ümumiyyətlə bu, köhnəlmiş bir adətdir: “Əvvəlki dövrlərdə mərkəzi bankların rəhbərləri imzanı pul əsginaslarının öhdəlik kimi qəbul olunmasına görə qoyurdu. Onlar bu əsginası konkret miqdarda olan qızıla dəyişəcəyinə dair öhdəlik götürürdülər. Bu da imza ilə təsdiqlənirdi. İndiki vaxtda dünyanın heç bir dövlətinin kağız pulunun qızıl təminatı yoxdur. Həmçinin o zaman indiki kimi professional çap üsulları yox idi və valyutanın indiki kimi qorunmasını təmin etmək mümkün deyildi. Həmin vaxtlar pulu saxtalaşdırmaq asan idi, imza da əlavə qorunma vasitəsi kimi istifadə olunurdu”.  

Qanunla Azərbaycanın milli valyutasının müddətsiz dövriyyədə olduğunu deyən Ə. Həsənov həmin pul nişanlarının tədricən dövriyyədən çıxacağını vurğulayıb: “Hazırda bəzi əsginasların köhnə və yeni variantları da dövriyyədə var. Güman edirəm ki, Elman Rüstəmovun imzası olan əsginaslar hələ 10 il də Azərbaycanda istifadə olunacaq və tədricən dövriyyədən çıxarılacaq. Lakin yaxşı olardı ki, manatın dizaynı dəyişsin, bundan sonra buraxılan pullarda AMB sədrinin imzası olmasın. Bu qərarı Mərkəzi Bank istənilən anda verə bilər. Əgər Mərkəzi Bank bu qərarı vermirsə, parlament bununla bağlı qanun qəbul edə və imzanın olmaması burada qeyd oluna bilər”. 

“Həmçinin, manatın dizaynını dəyişərkən orada müəlliflik hüququ işarəsini götürə bilərlər. Çünki o işarənin manatın üzərində olması qanunsuzdur. “Müəlliflik və əlaqəli hüquqlar haqqında” qanunda pul nişanlarının müəlliflik hüququnun obyekti olmadığı qeyd olunub”, - deyə ekspert əlavə edib.

Məsələ ilə bağlı Mərkəzi Banka sorğu göndərilib.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti