"Gecikmədən mənzil sahibi olmaq daha sərfəlidir".

Davam edən pandemiya şəraiti və iqlim dəyişiklikləri qlobal bazarda qiymət artımlarına və inflyasiya dərəcəsinin yüksəlməsinə səbəb olur. Bu da yerli bazarlara öz təsirini göstərir. 

Ümumilikdə, qiymət artımlarını iqtisadiyyatın əksər sahələrində hiss etmək mümkündür. Ötən il paytaxt ərazisində daşınmaz əmlak bazarında müşahidə olunan bahalaşmanın bu il də artan inflyasiya fonunda davam edib-etməyəcəyi də sual doğurur

Daşınmaz əmlak üzrə ekspert, Emlak.az saytının mütəxəssisi Bəhruz Həsənov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, hazırda bazarda müvəqqəti olaraq durğunluq müşahidə edilir: “Satışda kifayət qədər çox daşınmaz əmlak olsa da, alıcı çox azdır. Ənənəvi olaraq ilin dəyişməsi, insanlar arasında vayuta məzənnəsinin dəyişəcəyi ilə bağlı gözləntilər alqı-satqıya olan marağı azaldır, alıcıları və satıcıları daha ehtiyatlı davranmağa məcbur edir”.

Ekspertin sözlərinə görə, buna baxmayaraq 2022-ci ildə mənzil qiymətlərində artım olacağı proqnozlaşdırılır: “Qiymət artımına səbəb olan təbii proseslər var. Əsasən tikilməkdə olan yeni binalarda qiymətlərin qalxması gözlənilir. Buna səbəb ötən ildən etibarən tikinti materiallarının kifayət qədər bahalaşması (2 dəfəyə qədər), həmçinin tikiləcək binalar üçün tikintiyə yararlı torpaqların az və yüksək qiymətə olmasıdır. 

Bütün bu proqnozları ümumiləşdirsək, il ərzində mənzillərin satış qiymətlərində 15-20% artım ola biləcəyini deyə bilərik. Bahalaşma daha çox Bakının ən çox mərkəz və mərkəz ətrafı ərazilərində ola bilər. Buna səbəb isə qeyd olunan ərazilərdə tikintiyə yararlı torpaq sahələrinin məhdud sayda və yüksək qiymətlərlə təklif olmasıdır.

İldən-ilə qiymətlərin artması tendendensiyasını nərəzə alsaq, əlbəttə gecikmədən mənzil sahibi olmaq daha sərfəlidir”. 

Qiymətlərin əsasən il sonuna qədər artacağını vurğulayan B. Həsənov yeni binalarda isə yay aylarında qiymətlərdə müvəqqəti enmələrin müşahidə edilə biləcəyini qeyd etdi.

“Kirayə mənzil bazarında tələbat həmişəki kimi kifayət qədər çoxdur. Təəssüf ki, böyük tələbat qarşılığında təkliflər məhdud saydadır. Yəni kirayə mənzil axtaran çox insan olsa da, mənzil tapmaq çətindir. Mənzillərin satış qiymətindəki il ərzində olan artımı nəzərə alsaq, kirayə mənzillərin qiymətində 20%-ə qədər artım ola biləcəyini deyə bilərik”, - deyə ekspert əlavə edib.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti