"Türkmənistan qazının Naxçıvana nəqlinə başlanılıb"


Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qazın artıq ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunmasına başlanılıb.

Report xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, ilin əvvəlindən bu müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq Azərbaycana təhvil verilir: “Qaz Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunur”.

İ.Əhmədov bildirib ki, gətirilən qazın qalan həcmi isə Astara yaxınlığında təhvil alınacaq: “İrandan gəlmiş nümayəndə heyəti ilə birlikdə bunun üçün texniki hazırlıq işləri aparılır. Sözügedən saziş əsasında Azərbaycana ümumilikdə (hər iki istiqamət üzrə) gündəlik 4 milyon kubmetrdən çox təbii qazın nəql olunması nəzərdə tutulur”.

Qeyd edək ki, Türkmənistandan alınan ümumi qazın təxminən 20-30%-ni svop haqqı kimi İran götürəcək, qalan hissəsi isə Azərbaycana tədarük ediləcək. İranın Neft Nazirliyinin məlumatında deyilir ki, illik 2 milyard kubmetrə qədər qaz mübadiləsini nəzərdə tutan sazişə görə, Türkmənistan Azərbaycana gündəlik 5-6 milyon kubmetr qaz ötürəcək.

Xatırladaq ki, qaz sazişi, 28 noyabr 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 15-ci Zirvə Toplantısı zamanı üç Xəzəryanı ölkələrin prezidentləri tərəfindən dəstəklənərək, noyabrın 30-da neft sənayesi nazirləri tərəfindən imzalanıb.

Svop sazişinə əsasən, İran Türkmənistandan qaz alacaq və Azərbaycana Astara sərhədində svop haqqı çıxılmaqla bərabər ekvivalent məbləği çatdıracaq. Svop sazişi çərçivəsində İran Türkmənistandan alacağı qazla ölkənin şimal əyalətlərinin ehtiyaclarını ödəyəcək.

İranın cənubda böyük təbii qaz yataqları var, ancaq İran xüsusilə qış aylarında ölkənin şimal əyalətlərini qazla təmin etmək üçün 1997-ci ildən Türkmənistandan qaz idxal edir.

Ekspertlər hesab edirlər ki, bu sazişin həyata keçirilməsi regiondakı digər ölkələri də oxşar sazişlər imzalamağa və İranın bu məsələdə imkanlarından istifadə etməyə sövq edə bilər.

Rusiyadan sonra ən böyük yüksək təzyiqli qaz kəməri şəbəkəsinə malik olan İran qazın İranın şərqindən qərbinə və Azərbaycan kimi qonşu ölkələrə nəqlində əsas rol oynaya bilər.

Bu saziş həm də İran üçün böyük bir addımdır, çünki ölkənin təbii qaz mənbələrindən uzaqda yerləşən şimal-şərq rayonlarının sabit qaz təchizatını təmin edəcək.

İranın qaz ehtiyatları 34 trilyon kubmetr təşkil edir.
07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti