Nəqliyyat dəhlizinin bir hissəsi olan və Rusiya ilə birgə həyata keçirilən Samur sərhəd çayı üzərindən körpünün tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur.

Bu, Azərbaycan-Rusiya nəqliyyat və ticarət əlaqələrinin inkişafına, yük daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir edəcək.

Axar.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Azərtac-a müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Rusiyaya səfəri zamanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin region üçün əhəmiyyəti, tranzit və yükdaşımaların həcminin artmasında önəmi xüsusilə vurğulanıb:

“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və bu baxımdan əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq məqsədilə nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm işlər görülür.

“Azərbaycan və Rusiya arasında avtomobil, dəmir yolları və hava nəqliyyatı ilə sərnişin və yükdaşımalar həyata keçirilir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi nəinki Azərbaycan, həm də digər ölkələr, eləcə də Rusiya üçün nəqliyyat-tranzit sahəsində əməkdaşlıq baxımından əhəmiyyətlidir. Rusiyada keçirilən görüşlərdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycanın bütün infrastruktur layihələrini həyata keçirdiyi, nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığı xüsusilə vurğulanıb.

Qeyd olunub ki, bu nəqliyyat dəhlizinin potensialı daha böyükdür. Bu dəhliz daha çox ölkəni əhatə etməklə, iqtisadi-ticari əlaqələrin genişlənməsində və tranzit imkanlarının artmasında faydalı ola bilər. Hazırda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin ayrı-ayrı hissələri üzrə işlər davam etdirilir. Nəqliyyat dəhlizinin bir hissəsi olan və Rusiya ilə birgə həyata keçirilən Samur sərhəd çayı üzərindən körpünün tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycan-Rusiya nəqliyyat və ticarət əlaqələrinin inkişafına, yük daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir edəcək”.

Ş.Mustafayev bildirib ki, səfər zamanı, Rusiyanın Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə yükdaşımalar həyata keçirilməsi imkanları, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə Azərbaycan istehsalı olan aksizli malların ixracı üçün Azərbaycan-Rusiya sərhədində xüsusi gömrük postunun yaradılması məsələləri də müzakirə edilib:

“Görüşlərdə gömrük infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı vurğulanıb”.

05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı

Xəbər lenti