Natiq Cəfərli: “Dini radikalizmə qarşı birgə fəaliyyət göstərmək üçün kifayət qədər geniş imkanlar var”.

 

Azərbaycanda dini radikalizmə yuvarlananların sayının son zamanlar artmaqda olduğunu artıq rəsmi hakimiyyət orqanları da dilə gətirir və dini radikal qruplara qarşı mübarizə hər gün davam etdirilir. Ən son olaraq avqustun 28-də dini radikal qrupun üzvünün zərərsizlşədirilməsi əməliyyatı aparılıb. Belə ki, radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir ki, avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açıb silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov məhv edilib. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir sıra siyasi ekspertlər isə hesab edir ki, Azərbaycanda dini radikalizmin artmasının səbəblərindən biri ölkədə dünyəvi siyasi müxalifətin son illərdə xeyli dərəcədə zəifləməsi və cəmiyyətə təsir gücünün minimuma enməsidir.

Bu barədə “Yeni Müsavat”a danışan REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirdi ki, dini radikalizmin artması təkcə Azərbaycana xas xüsusiyyət deyil. Çox təəssüf ki, dünyada da belə bir proses müşahidə olunur. Bunun isə əsas səbəblərindən biri sivil siyasi müxalifətin zəifləməsi və təbii ki, ədalətsizliklə bağlıdır. Yəni insanlar sosial, hüquqi ədalətin bərqərar olmadığı cəmiyyətlərdə dini radikalizmə meyllənməyə daha çox üstünlük verirlər:“Azərbaycanda da fundamental iqtisadi, siyasi, sosial, hüquqi sahədə ədalətsizliklərə rast gəlinir deyə, insanlar, əsasən də gənclər bu mühitdən doğan problemləri həll etməyə qadir olan siyasi sivili institutların zəifliyini görüb daha çox dini çevrələrə üz tutmağa üstünlük verirlər. Bu da radikalizmin artmasında əsas səbəbdir. Bu vəziyyətdən isə ölkədə dini radikalizmin çiçəklənməsində maraqlı olan daxili və xarici güclər yararlanmağa çalışırlar. Təbii ki, sivil siyasi müxalifətin zəifləməsi onlara meydan yaradan amillərdən biridir. Sivil toplum zəiflədikcə dini radikalizm artır, güclənir. Bu bütün dünyada artıq sübut olunmuş məsələdir ki, siyasi institutların fəaliyyət meydanının daralması dini radikalizmin artmasında əsas səbəblərdən biridir. Sivil siyasi təşkilatların zəifləməsi və ya zəiflədilməsi nə qədər güclü gedəcəksə, bir o qədər də dini radikalizmin artmasına şərait yaranacaq. Boşluqları dini radikal qrupların doldurması təəssüf doğurur”.

Natiq Cəfərli musavat.com ile ilgili görsel sonucu

N.Cəfərli qeyd etdi ki, həmin radikal qrupların xaricdən maliyyələşdirilməsi də heç kimdə şübhə doğurmur. Ölkəmiz çox həssas bölgədə yerləşdiyi üçün müxtəlif ölkələrin təsirləri  mövcuddur. Təsirlərdən biri kimi radikal dini qrupların gücləndirilməsidir: “Söhbət normal, sivil dindarlardan deyil,  radikal dini qruplardan gedir. Radikal dini qruplar toplantılar keçirə bilirlər, bölgələrdə toplana bilirlər. Ancaq təəssüf ki, sivil siyasi müxalifət təşkilatları çox zaman bölgələrdə toplantılar keçirə bilmirlər, problemlərlə, əngəllərlə qarşılaşırlar. Elə bizim özümüz partiya olaraq regionlara səfər edərkən müxtəlif maneələrlə üz-üzə qalırıq. Halbuki siyasi təşkilat olaraq bizim fəaliyyət istiqamətimiz insanları maarifləndirək, insanların radikal dini qruplara qoşulmasına əngəl olmaq üçün alternativ yol təklif edək. Bunda ilk növbədə dövlət, hökumət maraqlı olmalıdır ki, sivil toplum, sivil siyasi təşkilatlar, dünyəvi müxalifət daha çox təsirlərə malik olsun. Bu da radikal dini qruplara qoşulanların sayını azaldacaq. Çox təəssüf ki, hələlik biz bunu görmürük. Radikal dini qruplarla təkcə güc strukturlarının vasitəsilə mübarizə aparılmamalıdır. Dini radikalizmin güclənməsinin qarşısını almağın ən effektli yollarından biri dünyəvi siyasi təşkilatların güclənməsi, təsir imkanlarının artmasına nail olmaqdır. Sivil siyasi müxalifətin cəmiyyətə çıxış imkanları yaradılmalıdır ki, insanlar dini radikalizmi özlərinin istinad nöqtəsi kimi seçməsinlər”.

Həmsöhbətimiz vurğuladı ki, siyasi müxalifət güclənsə dini radikal qrupların cəlbedicilik səviyyəsi aşağı düşəcək:“REAL-ın da əsas istiqamətlərindən biri bu yöndə iş görməkdir.

Bu haqda hökumət də düşünməlidir. Çünki dini radikalizm elə bir böyük təhdiddir ki, burada iqtidarlı müxalifətli birgə hərəkət edilməlidir. Həm iqtidarın, həm də dünyəvi müxalifətin marağındadır ki, dini radikalizm artmasın. Çünki ölkədə dini radikalizmin təsir imkanları daha da genişlənəndə onlar həm iqtidara, həm müxalifətə, yəni dünyəvi quruluşa üstünlük verən bütün insanlara eyni gözlə baxacaqlar. Ona görə də bu problemə qarşı birgə fəaliyyət göstərmək üçün kifayət qədər geniş imkanlar var".

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək

Xəbər lenti