Bu problem “Təbii inhisarlar haqqında qanun”a görə tənzimlənməlidir.

 

Bu sözləri Axar.az-a açıqlamasında Azəriqaz İB-nin bölgədə və paytaxtda abonentlərə tətbiq etdiyi fantastik cərimələrlə bağlı danışan hüquqşünas Səməd Vəkilov deyib. S.Vəkilov bildirib ki, abunəçinin “Azəriqaz”dan başqa qaz istehsalçısından istifadə etmək hüququ olmadığını nəzərə alsaq, qurum əməkdaşlarının abonentlərin qazını kəsməsi doğru deyil. Belə demək mümkünsə, buna haqqı yoxdur:

"Sayğac ilk dəfə dəyişdiriləndə abunəçiyə kənar müdaxilə barəsində məlumat verilməyib. Kənar müdaxilə barəsində məlumat verilmədiyinə görə hansısa müdaxilənin olması şübhə doğurur. İl ərzində Azəriqaz İB-nin əməkdaşları bütün yerlərdə sayğaclardan mənzilə birləşdirilən qaz xətlərini yoxlayırlar. Ola bilməz ki, bir neçə il ərzində onlar həmin ərazini yoxlamamış olsunlar. Yoxlamayıblarsa, deməli, səhv işçilərdədir. Ona görə də abonentə 1500-2000 min manat cərimə yazmaq ağlasığmazdır.

Digər tərəfdən, “Azəriqaz”ın əməkdaşları mənzili birinci dəfə sayğacı yoxlayanda kənar müdaxiləni müəyyən etməyibsə, sonradan onu müəyyən etməsi mümkün deyil.

Əgər müdaxilə olunubsa belə, qaz xəttini bağlamaq olmaz. “Azəriqaz” təbii inhisara daxil olduğuna görə qaz xətti açıq saxlanılmalıdır və əgər həqiqi bocdursa, həmin borc istehlakçıdan hissə-hissə çıxılmalıdır. Ona görə də bu məsələ barədə abonent məhkəmə qarşısında iddia qaldıra bilər. Əgər abonentin sübutu varsa ki, vaxtlı-vaxtında ödənişini edib və bu ödəniş sayğaca müdaxilənin mümkünlüyünü təsdiqləyir, vətəndaş təzminat davası da aça bilər”.

Qeyd edək ki, son günlərdə Azəriqaz İstehsalat Birliyini sayğacın zədələnməsi iddiası ilə sözügedən qurğuları dəyişdirib və sonra müdaxilə edilməsini əsas gətirərək bir sıra abonentlərə yüksək məbləğdə cərimə yazıb. Sayğaca heç bir müdaxilə edilmədiyini deyən vətəndaşlar qurumun bu addımını əsassız adlandırıb.

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək

Xəbər lenti