"Azərbaycanın vəzifəsi 2030-cu ilədək yeni 10 illik inkişaf planına uyğun olaraq ölkənin ÜDM-sini iki qat artırmaqdır. Bu isə orta illik iqtisadi artım tempi 7 faizə bərabər olmasını tələb edir".

Trend xəbər verir ki, bunu "Bloomberg"ə müsahibəsi zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulması üçün 2,2 milyard manat (1,3 milyard dollar) ayırılacaq:

"Koronavirusun yayılması və Azərbaycanın daha əvvəl işğal altında olan əraziləri üzərində nəzarəti bərpa etdiyi Ermənistanla müharibə nəticəsində yaranan tənəzzüldən sonra bu il Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir".

Onun sözlərinə görə, ümumi daxili məhsulun 2020-ci ildə 4,3 faiz azalmasından sonra 3,4 faiz artması proqnozlaşdırılır: "2021-ci il üçün proqnozlarımız Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarına nisbətən daha optimistikdir".

M.Cabbarov qeyd edib ki, Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımı 1,9 faiz, BVF isə 2 faiz proqnozlaşdırır: "Artımın ölkədə bazar ertəsi başlayan uğurlu vaksinasiya proqramından asılı olmağına baxmayaraq, biz Azərbaycan iqtisadiyyatının rifahı üçün vacib olan digər səhələrə də çox inanırıq".

Onun sözlərinə görə, keçmiş Sovet İttifaqında üçüncü ən böyük neft istehsalçısının iqtisadiyyatı 2016-cı ildən bəri ilk dəfə keçən il azaldı. Buna isə epidemiya fonunda izolyasiya tədbirləri və neftin qiymətinin düşməsi səbəb oldu.

Nazir bildirib ki, müharibədən sonra "yeni geosiyasi reallıq" Azərbaycanda artımın və əhalinin məşğulluğuna əhəmiyyətli dərəcədə kömək edəcək.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti