SOCAR Türkiyə dayanıqlı inkişafın aparıcı qüvvəsi olaraq gördüyü Ar-Ge (Tədqiqat və İnkişaf) və İnnovasiya mərkəzinə böyük əhəmiyyət verir.

Bunu Trend-ə SOCAR Türkiyə Tədqiqat və İnkişaf (AR-GE) və İnnovasiya şirkətinin baş direktoru Bilal Quliyev deyib.

Onun sözlərinə görə, dəyər zəncirindəki bütün iştirakçılar üçün innovativ, dayanıqlı, ətraf mühitə zərərli təsiri olmayan və bazar yönümlü məhsul, eləcə də, katalizator və rəqəmsal texnologiyalar hazırlamağı qarşısına məqsəd qoyan SOCAR Türkiyə Ar-Ge Mərkəzi çox qısa zaman ərzində mühüm layihələrə imza atdı.

Daha ətraflı

“Bunlardan biri də günəş enerjisiylə karbondioksiddən etanol/izo-propanol kimi kimyəvi maddələr istehsal etməyi hədəfləyən NEFERTITI layihəsidir. Karbondioksid və suyu kimyəvi maddələrə çevirəcək bu layihəmizlə alternativ enerji mənbələrinin istifadəsinin diversifikasiyası sahəsində təcrübəmizi artırmağı qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, NEFERTITI layihəsi SOCAR Türkiyənin orta və uzunmüddətli dayanıqlılıq və enerji keçidi strategiyasına da büyük töhvə verəcəkdir. Sevindirici haldır ki, layihəmiz beynəlxalq ictimaiyyət tərəfindən də müsbət reaksiyaya səbəb oldu və bildiyimiz kimi bir qədər əvvəl Avropa Komissiyası ÜFÜQ 2020 (HORIZON 2020) qrant proqramı tərəfindən maliyyələşdiriləcək layihələr arasında NEFERTITI-nin də olacağı təsdiqləndi”.

Quliyev bildirib ki, SOCAR Türkiyə Ar-Ge mərkəzi ciddi rəqabət şəraitində “Enerji sahəsi 2020” mükafatına layiq görülən konsorsiuma daxil olan 10 beynəlxalq şirkətdən biri oldu.

“İspaniya, Çin, ABŞ, İrlandiya, Hollandiyadan olan beynəlxalq tərəfdaşların daxil olduğu layihə konsorsiumunda yeganə Azərbaycan və Türk şirkəti olduğumuz üçün qürur duyuruq. Bu baxımdan, NEFERTITI layihəsinin 389 min avroluq büdcəsinin hamısı AB Komissiyasının ÜFÜQ 2020 qrant proqramı tərəfindən qarşılanacaqdır. Layihə üçün qrant müqaviləsinin 1 mart 2021-ci il tarixində imzalanacağı gözlənilir. Bu tarixdən sonra layihəmizin tamamlanması üçün 48 ay vaxtımız olacaq. NEFERTITI bir tədqiqat layihəsidir və ilk olaraq pilot miqyasda bir prototip istehsal ediləcəyi üçün burada heç bir investisiya tenderinə ehtiyac yoxdur. Məhsulun kommersiyalaşdırılması və sərmayənin cəlb edilməsi üçün yeni layihələrin planlaşdırılması daha sonra gündəmə gələcəkdir. NEFERTITI layihəsinin konsorsiumunda 10 şirkət var və işimizi bu şirkətlərlə əməkdaşlıq edərək həyata keçirəcəyik. Lakin təşviq müqaviləsini imzalamadan bu şirkətlərin adlarını açıqlamağımız məqsədəuyğun deyil”.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti