Bakıda kifayət qədər bahalı torpaq sahələri var. Misal üçün, bütünlükdə alqı-satqı elanlarına, internet resurslarına qoyulmasa da, bu gün şəhərin mərkəzi hissələrində təqribən bir hektarı 60-65 milyon manata təklif olunan torpaq sahələrinə rast gəlinir.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlının sözlərinə görə, həmin bahalı torpaq sahələri Səbail rayonunda dənizkənarı əraziyə yaxın yerdə yerləşir və xüsusi mülkiyyətdə olan torpaq sahələridir:

“Bu cür bahalı torpaq sahələrinə tələb aşağıdır, amma hektarı təqribən 3-3.5 milyon manat olan torpaq sahələrinə tələbat var və belə torpaq sahələri tapmaq çətindir. Belə torpaq sahələri çoxmənzilli bina tikintisi üçün olduqca qənaətbəxş hesab olunur və kifayət qədər likvid ərazidir. Həmin ərazidə həm mənzilə, həm də kommersiya təyinatlı obyektlərə tələbat yüksəkdir. O torpaq sahələrinin qiymətinin yüksək olması da bu səbəbdəndir”.

Ucuz torpaq sahələrinə gəlincə isə, R.Osmanlı bildirib ki, bu cür torpaq sahələrinin bir sotunun qiyməti minimum 3000-3500 manatdan başlayır və həmin torpaq sahələri daha çox şəhərkənarı ərazilərdə yerləşir.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti