“Gəncə Avtomobil Zavodu”nun xalis mənfəəti 5 dəfəyədək artıb

“Gəncə Avtomobil Zavodu” İB-nin 2019-cu ili 4 mln 993,4 min manat xalis mənfəətlə başa vurub.

Yol-xeber.az İB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 4,8 dəfə çoxdur.

Ötən il “Gəncə Avtomobil Zavodu”nun vergiyəqədərki mənfəəti 6 mln 241,7 min manat (əvvəlki ilə nisbətən 4,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1 mln 248,3 min manat (4,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Gəncə Avtomobil Zavodu”nun aktivləri 79,3 milyon manat olub ki, bu da illik müqayisədə 35,7% çoxdur. Bunun 24,3 milyon manatı torpaq, tikili və avadanlıqlar (əvvəlki ilə nisbətən 3,3 dəfə çox), 43 mln manatı isə ehtiyyatlar (təxminən 4,1 dəfə çox) təşkil edib.

Hesabat dövründə “Gəncə Avtomobil Zavodu”nun öhdəlikləri 5,7% artaraq 56,6 milyon manata, balans kapitalı isə 4,6 dəfə artaraq 22,7 milyon manata çatıb.

Xatırladaq ki, 1986-cı ildə əsası qoyulmuş “Gəncə Avtomobil Zavodu”nun istehsal gücü layihəyə əsasən 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlanmalı olsa da, Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında “Gəncə Avtomobil Zavodu” işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.

05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı

Xəbər lenti