![]() |
|
Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1906 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.
“Bu, ötən günün rəsmi məzənnəsi ilə müqayisədə 0,42% azalma deməkdir.
Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi isə cari ilin sentyabrın 29-da - 0,1914 manat qeydə alınmışdı.
Qeyd edək ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.
Denominasiyadan sonra cari ilin iyunun 2-də lirə 0,20 manatdan aşağı düşüb.
Azərbaycanda fəaliyyət göstərən türk şirkəti bağlanır.
“Yol-xeber.az”ın məlumatına görə, “MM Mühendisler Mermer Sanayi ve Ticaret Limited Şirketi"nin Azərbaycandakı filialı ləğv olunur.
Kreditorlar iki ay ərzində tələblərini AZ1026 BAKI şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 165 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Türkiyə mərkəzli “MM Mühendisler Mermer Sanayi ve Ticaret Limited Şirketi"nin Azərbaycandakı filialı 2008-ci ildə yaradılıb və qanuni təmsilçisi Osman Cömertdir.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,09% azalaraq 1,9863 manat, Rusiya rublunun məzənnəsi 0,4% geriləyərək 0,0234 manat, türk lirəsi 0,67% ucuzlaşaraq 0,1914 manat, İngiltrə funt sterlinqinin məzənnəsi 1,2% ucuzlaşaraq 2,3031 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub
Həftəsonu ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti oktyabrın 1-dən bərpa edildiyindən, şənbə və bazar günləri Abşeron Dairəvi Dəmir Yolu üzrə qatarlar da hərəkətdə olacaq.
Bu barədə Yol-xeber.az-a "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.
Məlumata görə, qatarların hərəkət qrafiki ilə rəsmi sayt və sosial şəbəkə hesablarımızda tanış ola bilərsiniz.
Xatırladaq ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.
Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi 2 tender elan edib.
“Yol-xeber.az”ın məlumatına görə, tender iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı vaksinlərin satın alınması məqədilə elan edilib.
İddiaçılar tender təkliflərini 26.10.2021-ci il saat 09:00-a qədər təqdim edə bilər. Təklif zərfləri 27.10.2021-ci il saat 08:00-da açılacaq.
Tenderdə iştirak haqqı 600 manatdır.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
“Yol-xeber.az”ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,69 ABŞ dolları və ya 2,14% artaraq 80,77 ABŞ dolları təşkil edib.
“Bu gün dünyada 3.6 milyard insanın internetə çıxışı olmadığı kimi Azərbaycan da bundan hali deyil. Bu gün Azərbaycanda da kifayət qədər insanın internetə çıxışı yoxdur”.
Yol-xeber.az xəbər verir ki, bunu bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Bakıda keçirilən “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda deyib.
“Qarşımızda duran məqsəd 2024-cü ilə qədər fiberin evə kimi çatdırılması məsələsi var. Bu baxımdan cənab prezidentin tapşırıqları var. Rəqəmsal transformasiya üçün lazım olan ana təməllərdən biri infrastrukturun qurulmasıdır ki, onun üzərində biz artıq çalışırıq. Tram məsuliyyətlə deyirəm ki, 2024-cü il bütün Azərbaycanda, ən ucqar kənddə belə inklüzivliyi təmin etmək üçün interneti çatdırmış olacağıq”,-deyə nazir bildirib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,1% azalaraq 1,9900 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0233 manat, türk lirəsi 0,5% ucuzlaşaraq 0,1962 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
İşğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı ölkədə ət və süd məhsullarının qiymətlərinin aşağı düşməsinə şərait yaradacaq.
Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin bu məhsullara olan tələbatının ödənilməsi dövlətin qarşısında duran başlıca məsələlərdən biridir:
"Bu baxımdan heyvandarlığın inkişafı, hevandarlıq məhsullarına olan tələbatın ödənilməsi və idxalın azaldılması çox önəmlidir. Son illərdə bu istiqamətdə həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir. Ötən il heyvandarlıq məhsullarının istehsalı 3 faiz artmışdı.
Heyvandarlıq üçün böyük potensiala malik olan ərazilərimizin işğaldan azad edilməsi bu sahənin inkişafına geniş perspektivlər açır. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan işğaldan əvvəl heyvandarlığın inkişafı ilə seçilən rayonlar kimi tanınıb. Bu ərazilərin təbii şəraiti, bol yem ehtiyatlarına malik olması, digər tərəfdən insanların bu sahəyə olan marağı onu deməyə əsas verir ki, minalar təmizləndikdən, əhalinin yaşaması üçün təhlükəsizlik təmin edildikdən sonra bu rayonlarda heyvandarlıq sürətlə inkişaf edəcək”.
T.Rzayev vurğulayıb ki, bununla əlaqədar müəyyən layihələr hazırlanıb və tədbirlər planlaşdırılır: "Bu tədbirlər sözsüz ki, ət və süd məhsullarının qiymətinin aşağı düşməsinə, idxalın azalmasına və yerli məhsulların keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq. Dağlıq ərazilərdə bəslənilən, təbii yemlə qidalanan heyvanların əti, südü əlbəttə ki, başqalarından fərqlidir.
Artıq bəzi fermerlər işğaldan azad edilmiş ərazilərdə yaylaqlara köç edib. Dövlətin sahibkarlara verdiyi imtiyazlar, göstərilən diqqət və qayğı nəticəsində tez bir zamanda həmin ərazilərdə iri heyvandarlıq təsərrüfatları yaradılacaq, əhalinin ət və süd məhsullarına olan tələbatı daha yaxşı ödəniləcək”.