![]() |
|
Yol-xeber.az xəbər verir ki, Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri barədə 10.12.2021-ci il vəziyyətinə görə məlumat
1 Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu
- texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-64, 71-72, 75-80-ci km hissələrində torpaq yatağının tikintisi,1, 27,34, 37, 50, 62, 79-cu km-də körpülərin, 80-ci km-də tunellərin və 60-cı km-də alt keçidlərin tikintisi aparılır.
2 Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu
- texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
- görülmüş işlər: yolun 12-13-cü km hissəsində torpaq yatağının qazılması, 12.8 və 13.3-cü km hissələrdə suötürücü boruların inşası və mövcud kanalların köçürülməsi işləri davam edir. Murovdağ tunelinin giriş və çıxış hissəsində ümumilikdə 750 m üst yarı qazma işləri aparılıb. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.
3 Kəlbəcər -– Laçın avtomobil yolu
- texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;
- görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 40% icra olunub. Mobilizasiya işləri davam etdirilir.
4 Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi
- texniki göstəriciləri: 30 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95% icra olunub, yol nişanları 85% quraşdırılıb.
5 Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu
- texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
- görülmüş işlər: 0-23 və 42-76-cı km hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 25%, boru və keçidlərin tikintisi 29%, körpülərin tikintisi 25% icra olunub.
6 Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu
- texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissələrdə torpaq yatağı tikilib, 1, 11, 23, 33 və 39-cu km-də körpü tikintisi işləri aparılır. Torpaq işləri 37%, yol geyimi - 4%, boru və keçidlərin tikintisi 37%, körpülərin tikintisi 29 % icra olunub.
7 Qubadlı - Eyvazlı avtomobil yolu
- texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
8 Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil
- texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: torpaq işləri 53%, yol geyimi 10%, boru və keçidlərin tikintisi 55%, körpülərin tikintisi 51 % icra olunub.
9 Füzuli -– Hadrut avtomobil yolu
- texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 km hissədə torpaq işləri və yol yatağının tikintisi 50% icra olunub.
10 Bərdə – Ağdam avtomobil yolu
- texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: torpaq işləri 45.9%, yol geyimi 9.8%, boru və keçidlərin tikintisi işləri 33.5%, körpülərin tikintisi 84.9% icra olunub.
11 Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu
- texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: Yolun ilk 1.8 km-lik hissəsində asfalt-beton örtüyün alt qatı tikilib, 1.8-6 km və 12-22 km hissələrində boruların quraşdırılması və əsasın tikintisi işləri aparılır.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi qısamüddətli cüzi artımdan sonra bu gün daha 0,5% azalaraq 0,1226 manata (1 manat/8,1566 lirə) enib ki, bu da yeni tarixi minimum sayılır.
Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında apardığı hesablamalarına görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 28,1%, ilin əvvəlindən isə 46,5% azalıb.
Dekabrın 10-da azalmış ehtiyatlarına baxmayaraq, Türkiyə Mərkəzi Bankı (TMB) bazara müdaxilə edərək növbəti dollar satışı üzrə əməliyyatlar həyata keçirmişdi. Son iki həftə ərzində TMB bazara artıq üç dəfə müdaxilə edib və 2 dekabrda həyata keçirilən olan müdaxilə son 7 il ərzində ilk dəfə qeydə olunan rəsmi ehtiyatlarından dollar satışı idi. Nəticə olaraq müdaxilələrin gözəçarpan fərqi hiss olunmasa da, hazırda lirənin dollara qarşı məzənnəsinin 1 dollar/13,8596 lirə səviyyəsində qalıb.
"Hazırda Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça istehsalı, uniforma, xüsusi və fərdi geyimlərin istehsalı, polimer məhsulların istehsalı, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin istehsalı, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə ümumi 5 potensial layihəyə baxılır".
Report xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, bu layihələr üzrə 1 100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur: "Hazırda onların biznes planlarına baxılır və rezidentlik statusu veriləndən sahibkarlar fəaliyyətə başlaya biləcək".
E.Nuriyev qeyd edib ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb: "Mobilizasiya şəhərciyində konteyner tipli 8 ədəd yataqxana (40 nəfərlik), tibb məntəqəsi, 2 ədəd ofis, ərzaq və təsərrüfat mallarının satışı üzrə marketlər, aptek, yeməkxana, camaşırxana, idman meydançası və 2 ədəd sanitar qovşaq inşa olunub.
Konteynerlərin ətrafına 480 metr uzunluğunda hasar inşa edilib. Mobilizasiya şəhərciyinə asfalt yol çəkilib, kiçik park salınıb və abadlıq işləri tamamlanıb. Sənaye parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Rahatlılığın təmin edilməsi məqsədi ilə söhbətgahlar yerləşdirilib. Bundan başqa sənaye parkının ərazisində "Kapital Bank"ın bankomatı (ATM) quraşdırılıb və yaxın günlərdə isə ödəniş terminallarının qoyulması planlaşdırılır".
Onun sözlərinə görə, Ağdam Sənaye Parkına ilkin mərhələdə 20-25 milyon manatlıq, ümumiyyətlə isə 100 milyon manatlıq investisiya yatırılması gözlənilir.
E.Nuriyev ehtimal edir ki, bu rəqəmlər dəyişdirilə bilər:"Çünki hal-hazırda rezidentlərin biznes planları təhlil edilir. Ağdam Sənaye Parkı Qarabağın sənaye parkı olacaq və azad edilmiş ərazilərin bərpasına mühüm töhvəsi olacaq. Bu parkda qida emalı, şərabçılığın, ərzaq məhsullarının istehsalı müəssisələrinin qurulmasını gözləyirik. Ağdamın bərpası strateji məsələdir. Ağdam Azərbaycanın ən böyük şəhərlərindən birinə çevriləcək".
Onun sözlərinə görə, "Araz Vadisi İqtisadi Zonası" sənaye parkında isə ilk rezident qeydə alınıb: "Bu zona logistik xətlərin üzərində yerləşir".
Yol-xeber.az xəbər verir ki, TOVUZ ÇAY KÖRPÜSÜ:
- Uzunluğu – 290.42 m;
- Aşrım sayı - 2x44.4 m, 3x63 m olmaqla 5 aşrımlı;
- Çay məcrasından hərəkət hissəsinə qədər qabarit – 36 m;
- Körpünün qabarit - 14.4 m;
- Körpüdə 2 hərəkət hissə, sağ və sol tərəfdə mühafizə zolağı və hər iki tərəfdə piyada yolunun olması nəzərdə tutulub.
Tovuz çay körpüsü M2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində inşa edilir.
Tovuz çay körpüsü ilə yanaşı layihə çərçivəsində 27 m-dən 290 m-ə qədər uzunluqlara malik 41 körpünün (yol qovşağı, yol ötürücüsü, körpü) inşası davam etdirilir.
YOLUNUZ AÇIQ OLSUN...
İran ölkənin elektrik şəbəkəsinin Azərbaycan və Rusiya şəbəkələrinə qoşulmasına hazırdır.
“Yol-xeber.az” xəbər verir ki, bunu İranın energetika naziri Əli-Əkbər Mehrabian Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə ilə görüşdə deyib.
O bildirib ki, ölkəsi İran və Azərbaycan arasında elektrik mübadiləsinin inkişaf etdirilməsinə və davam etdirilməsinə hazırdır: “İran, Azərbaycan və Rusiya arasında elektrik əməkdaşlığı üzrə araşdırma aparılıb və İran bu ölkələrlə elektrik şəbəkəsini sinxronlaşdırmağa hazırdır. Yay və qışda bu ölkələrin fərqli pik istehlakı dövrləri səbəbindən müxtəlif vaxtlarda ölkələrin elektrik ehtiyaclarını ödəmək üçün elektrik tranzitini artırmaq mümkündür”.
İran və Azərbaycan arasında su və enerji sahələrində uzun müddət davam edən münasibətlərə toxunan Ə.Mehrabian: “Azərbaycan, qaz hasilatı və elektrik enerjisi istehsalı daxil olmaqla, enerji sektorunda çox yaxşı nailiyyətlər əldə edib.
Qərbi Asiyanın enerji bazarındakı əsas oyunçulardan biri olaraq, İran indi bölgədəki böyük bir elektrik enerjisi təminatı mərkəzi kimi ortaya çıxır, çünki ölkə öz güc şəbəkəsini qonşu ölkələrlə sinxronlaşdırmaqda geniş əhatəli plana əsaslanır”.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayında ilk dəfə İran İraqın milli elektrik şəbəkəsi ilə enerji şəbəkəsini sinxronizasiya edib və indi Enerji Nazirliyi Rusiya və Azərbaycanın elektrik şəbəkələrini İran şəbəkələri ilə birləşdirməyi planlaşdırır.
Sentyabr ayında keçmiş energetika naziri Reza Ardakanian, İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin sinxronlaşdırılması üçün bir araşdırma layihəsinin Nazirliyi tərəfindən aparıldığını açıqlamışdı.
R.Ardakaniyanın sözlərinə görə, İran və Rusiyanın güc şəbəkələrinin sinxronlaşdırılması üçün iki mümkün marşrut var, bunlardan biri Ermənistan və Gürcüstan vasitəsilə, digəri isə Azərbaycan vasitəsilədir.
Azərbaycan vasitəsilə marşrut hazırda daha çox məqbuldur və İran bu ölkəyə daha çox meyllidir, çünki Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə 2019-cu ilin fevral ayında keçirilən görüşdə Ardakanian iki ölkənin elektrik şəbəkələrinin sinxronlaşacağını açıqlamışdı.
Göygöl rayonunun Toğanalı qəsəbəsindən Kəlbəcər rayonuna çəkilən tunel yolun tikintisi davam etdirilir.
"Yol-xeber.az" xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.
Onun sözlərinə görə, hazırda uzunluğu 11,5 kilometr olan tunelin tikintisi sürətlə davam edir.
"Tunel çox sərt qayalıqdan keçir. Artıq tunelin 500 metri hazırdır. İşlər 3 növbəli iş rejimində aparılır. Yol 2025-ci ildə istifadəyə verilməlidir. Ümumi uzunluğu 80,7 kilometr olacaq yoldakı tunelin tikintisi üçün Türkiyədən şirkət dəvət olunub.
Tunelin tikintisindən sonra Kəlbəcərdən İstisuya 26 kilometrlik yolun tikintisi başlanacaq. Sonra isə Kəlbəcərdən Laçına yol tikintisinə başlanacaq. Yol Laçın rayonunda tikiləcək hava limanına qədər uzanacaq", - deyə sədr müavini qeyd edib.
Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 5 il müddətinə vergidən azad edilir.
Bu məsələ Vergi Məcəlləsinə təklif olunan əlavələrdə öz əksini tapıb.
Beləliklə, Məcəlləyə əlavə olunan yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 15 oktyabr 2021-ci ildən 15 oktyabr 2026-cı ilə qədər vergidən azad edilir.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,5 ABŞ dolları və ya 0,69% artaraq 73,26 dollar təşkil edib.
"Yol-xeber.az" xəbər verir ki, 46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur.
Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi.
Onu da deyək ki, Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir.
***
Quba-Qonaqkənd avtomobil yolunun açılışı olub.
Ölkə.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərləri çərçivəsində avtomobil yolunun açılışında iştirak ediblər.