![]() |
|
Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq.
Ətraflı
Bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov açıqlamasında deyib.
O bildirib ki, 2022/23 mövsümündə sonuncu olan “Şamaxı” Premyer Liqada qalacaq. Eləcə də “Araz Naxçıvan” və “Zaqatala” yeni mövsümdə Premyer Liqada mübarizə aoparacaq.
Avro-2024-üç seçmə mərhələsində növbəti oyununu Azərbaycan yığmasına qarşı keçirəcək Estoniya millisi oyuna ciddi itkilərlə çıxacaq.
Komandanın 8 üzvü millimizlə oyunu buraxacaq.
Yoonas Tam şəxsi səbəblərə görə millidən kənarda qalıb. Sabiq “Qəbələ”li Sergey Zenyov, eləcə də Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq, Markus Soomets isə zədəli olduğu üçün iyun ayında keçiriləcək oyunlarda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, iyunun 17-də Bakıda Azərbaycan millisinin qonağı olacaq Estoniya yığması iyunun 20-də evdə Belçikanı qəbul edəcək.(Qafqazinfo)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinqini açıqlayıb.
Qurumun rəsmi saytı xəbər verir ki, siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” və “Neftçi” var.
Ağdam klubu ötən ayla müqayisədə 4 pillə geriləyib və 138,5 xalla 71-ci sıradadır.
“Neftçi” isə 21 xal irəliləyərək 287-ci pilləyə qalxıb. Bakılıların hesabında 67 xal var.
Cədvələ 313 xalla “Real” başçılıq edir.
Şuşa 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışına ev sahibliyi edir.
Bu gün yarışdan öncə maraqlı qarşılaşma təşkil olunub.
Dostluq şəraitində başa çatan oyunun yekununda Elm və Təhsil Nazirliyinin kollektivi qalib gəlib. Komandaların heyətlərində nazirlər Fərid Qayıbov və Emin Əmrullayev də yer alıb.
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/23 mövsümünün final oyunu keçiriləcək.
BAKU.WS xəbər verir ki, Türkiyənin İstanbul şəhərində, Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada İngiltərə təmsilçisi "Mançester Siti" və İtaliyanın "İnter" komandası üz-üzə gələcək.
Qarşılaşmanı polşalı hakim Şimon Marçiniak idarə edəcək.
UEFA Atatürk Olimpiya Stadionunda keçiriləcək finalı təxminən 72 min azarkeşin canlı izləyəcəyini açıqlayıb.
Həlledici oyun bu gün, Bakı vaxtilə saat 23:00-da oynanılacaq.
Qeyd edək ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın “Real Madrid” klubudur.
UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən final oyununda İtaliya "Roma"sına qalib gələn İspaniya "Sevilya"sı tarixində 7-ci dəfə titula sahib çıxıb.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 35-ci dəqiqədə "canavarlar" vurublar. Paulo Dibala fərqlənib. 55-ci dəqiqədə La Liqa təmsilçisi tarazlığı bərpa edib. "Roma"nın heyətində Canluka Mançini avtoqol müəllifi olub. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyi üçün penaltilər seriyasından istifadə olunub. 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:1) yerinə yetirən ispaniyalılar turnirin qalibi olublar.
"Sevilya" bu qələbə sayəsində 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.
UEFA Avropa Liqası
Final
31 may
23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) - 1:1 (PENALTİLƏR SERİYASINDA - 4:1)
Qollar: Canluka Mançini, 55 (avtoqol) - Paulo Dibala, 35
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”
Qeyd edək ki, Əndəlusiya təmsilçisi daha əvvəl 2005/2006, 2006/2007, 2013/2014, 2014/2015, 2015/2016 və 2019/2020 mövsümündə Avropa Liqasında qələbə sevinci yaşayıb.
“Qalatasaray” tarixində 23-cü dəfə Türkiyə çempionluğunu qazanıb.
İstanbul təmsilçisi Super Liqanın XXXVI turunda “Ankaragücü” üzərində səfər qələbəsi (4:1) qazanaraq, 2022/2023 mövsümünün qızıl medallarını təmin edib.
Xallarının sayını 82-yə yüksəldən “cim-bom” ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal qabaqlayır. “Bülbüllər” son matçda qalib gəlsə belə, liderə çata bilməyəcək.
Bununla “Qalatasaray” həm də 4 illik çempionluq həsrətinə son qoyub. “Aslan” axırıncı dəfə 2018/2019 mövsümündə kuboku muzeyinə aparmışdı.
Qeyd edək ki, “Qalatasaray” cari mövsümün son oyununu iyunun 4-də öz meydanında məhz “Fənərbağça”ya qarşı keçirəcək.
“Neftçi” yayda “Fənərbaxça” ilə qarşılaşa bilər.
“Bu oyunun Rusiyada baş tutma ehtimalı var.
Belə ki, Sankt-Peterburq şəhərinin təmsilçisi “Zenit” beynəlxalq turnir təşkil edəcək. Klubun rəsmisi Aleksandr Medvedev məlumatı təsdiq edib.
O bildirib ki, turnirə “Fənərbaxça”, “Srvenza Zvezda” və “Neftçi”ni dəvət ediblər. //Qafqazinfo
Səudiyyə Ərəbistanı Pro Liqasının 28-ci turunda “Əl-Nəsr”in formasını geyinən Kriştiano Ronaldo qol vurduqdan sonra etdiyi hərəkətlə gündəmə gəlib.
Portuqaliyalı superulduz qələbə qolunu vurduqdan sonra səcdəyə gedib.
Onun bu hərəkətinə komanda yoldaşları alqışlarla cavab verib.
Oyuna gəldikdə isə 2 top fərqi ilə geridə olan "Əl-Nəsr" matçda geridönüş etməyi bacarıb. Belə ki, rəqibi "Əl-Şəbab"ın qapısına 3 qol vurmağı bacaran meydan sahibləri qələbə qazanıb.