Fransalı qrossmeyster Maksim Vaşe-Laqrav London klassik şahmat turnirində inamlı çıxışı ilə tarixi uğura imza atıb.

Axar.az xəbər verir ki, blits üzrə yarışda erməni şahmatçı Levon Aronyan üzərində parlaq qələbədən sonra fransalı qrossmeyster 2948,2 ELO xalı ilə canlı reytinqdə Maqnus Karlseni keçərək dünyada birinci pilləyə yüksəlib.

London turnirində cəmi dörd şahmatçı - Fabiano Karuana, Levon Aronyan, Hikaru Nakamura və Maksim Vaşe-Laqrav mübarizə aparırlar. Turnirdə şahmatçılar dairəvi system üzrə klassik, rapid və blits üzrə partiyalarda üz-üzə gəlirlər.

Turnir dekabrın 17-dək davam edəcək.

00:46

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur.

Axar.az xəbər verir ki, ilk matçlardan biri Türkiyədə baş tutub. Burada "Qalatasaray" "Portu"nu qəbul edib. "Sarı-qırmızılar" rəqibinə 2:3 hesabı ilə uduzsalar da, mübarizəni Avropa Liqasında davam etidrəcəklər. "Lokomotiv"in səfərdə "Şalke"yə 0:1 hesablı məğlubiyyəti türklərə qitənin ikinci dərəcəli turnirində oyanamaq hüququ qazandırıb.

A qrupunda "Borussiya" (Dortmund) və "Atletiko" 1/8 finala, "Brügge" isə Avroliqaya vəsiqəni əvvəlcədən təmin etdiyindən buradakı oyunlar heç nəyi dəyişməyəcək.

"Barselona"nın mərhələni keçdiyi B qrupudnda isə "Tottenhem" və Milan "İnter"i 2-ci yerin sahibi kimi pley-offa yüksəlməyə çalışacaq. "İnter" PSV-ni qəbul edirsə, "Tottenhem" Kataloniya səfərində "Barsa"nın qonağıdır.

Nəhayət C qrupunda "Srvena Zvezda" PSJ-ni, "Liverpul" isə "Napoli"ni qəbul edir. Bu qrupda "Srvena Zvezda"dan başqa digər 3 klubun növbəti mərhələyə yüksəlmək şansı var.

***

"Barselona" 1-1 "Totenxem"

"İnter" 1-1 PSV

"Brüqqe" 0-0 "Atletiko"

"Monako" 0-2 "Dortmund"

"Liverpul" 1-0 "Napoli"

"Srvena Zvezda" 1-4 PSJ

Bu nəticələrdən sonra "Barselona", "Totenxem", "Atletiko", "Dortmund", "Liverpul" və PSJ komandaları növbəti mərhələyə yüksəlib.


Bir gün Messi İtaliyaya gəlsə, bunu xoş qarşılayaram, yeni rəqabət gözü ilə baxaram.

Axar.az xəbər verir ki, bunu “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldo İtaliya mətbuatına verdiyi açıqlamasında deyib.

“Messi üçün darıxırsan” sualına Ronaldonun cavabı maraqlı olub:

“Xeyr. Bəlkə o mənim üçün darıxır. Mən İngiltərə, İspaniya, Portuqaliya, indi də İtaliyada futbol oynayıram. Komandalarımla hər şeyi əldə etdim. O isə hələ İspaniyadadır. Bəlkə orada qazanmağa ehtiyacı var. O, yaxşı futbolçu və yaxşı insandır”.

İngiltərənin “Arsenal” klubunun türk əsilli yarımmüdafiəçisi Məsud Özil İtaliyanın “İnter” klubuna transfer olacaq.

Axar.az xəbər verir ki, bu barədə “San” nəşri yazıb.

Məlumata görə, London klubu italiyalıların 28 milyon avroluq təklifinə razılıq verib. “Arsenal”ın Özili satmasının əsas səbəbi kimi futbolçunun yüksək məvacibi göstərilib.

Qeyd edək ki, Özil “Arsenal”da həftəlik 350 min avro qazanır.

     

Bu gün Topaz Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.

Axar.az xəbər verir ki, günün ilk matçında "Sabah" öz meydanında "Keşlə"yə 2:1 məğlub olub.

Hazırda oynanılan matçda "Qarabağ" "Zirə"ni 4-0 məğlub edir. Digər oyunlarda "Qəbələ" "Səbail"in, "Sumqayıt" isə çempionatın lideri "Neftçi"nin qonağıdır.

Qeyd edək ki, bu matçlardan sonra Topaz Premyer Liqasında iki aylıq fasilə olacaq.


“Barselona”nın kapitanı Lionel Messi daha bir rekorda imza atıb.

Goal.az-ın məlumatına görə, argentinalı superulduz bunu La Liqanın XV turunda “Espanyol”la səfər görüşündə bacarıb.

“Barselona”nın 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada dubl edən Leo cari mövsümdə qollarının sayını 11-ə çatdırıb və bombardirlər yarışında liderliyə şərik olub. O, ardıcıl 13 mövsümdə 10 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, bu mövsüm La Liqada Messinin aktivində 11 qolla yanaşı, 8 məhsuldar ötürmə var.


İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal" evdə "Haddersfild"i qəbul edib. London klubu çətinliklə də olsa, rəqibini məğlub edə bilib. Lukas Torreyranın 83-cü dəqiqədə vurduğu qol komandasına minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, xallarının sayını 34-ə çatdıran "Arsenal" 3-cü pilləyə yüksəlib. "Topçular" növbəti oyununu dekabrın 13-də Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda doğma meydanda "Qarabağ"a qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb.

Ardını oxu...


Formula-1 maşınları sinfində avtomobil yürüşləri üzrə yeddiqat dünya çempionu Mixail Şumaxerin oğlu Mik öz yürüş karyerasının inkişafına nikbinliklə baxır.

Axar.az xəbər verir ki, o bu barədə Sankt-Peterburqda mətbuat konfransında danışıb.

Mik Şumaxer deyib: “Bu mövsüm bizim üçün çox uğurlu oldu. Biz bütün mövsüm ərzində lider olduq. Komanda böyük iş gördü. Odur ki, mövsümün ikinci yarısını da böyük inamla keçirdik. Şübhəsiz, mən bu il ərzində çox şey öyrəndim və səbirsizliklə növbəti ili gözləyirəm. Mən karyeramın inkişafına nikbinliklə baxıram. Zənnimcə, Formula-2 yarışlarında iştirak etməyə hazıram. Bu, növbəti addımdır”.

Pilot Formula-1 ilə Formula-2 arasında fərqə toxunaraq deyib: “Artıq yeni bolidi sınaqdan keçirmişəm. Mənə belə gəlir ki, əsas fərq rezindədir. O, daha sürətlidir. Spesifikaya alışmaq üçün vaxt lazımdır.

Qeyd edək ki, Mik Şumaxer ötən mövsümdə Formula-3 üzrə Avropa çempionatının qalibi olub. 19 yaşlı pilot gələn mövsümdə artıq Formula-2 yarışlarında iştirak edəcək.


Londonun “Arsenal” klubunun ulduz futbolçularının iştirakı ilə keçirilən əyləncəli gecənin görüntüləri bütün dünyada rezonans doğurub.

Axar.az xəbər verir ki, “topçu”ların türk əsilli futbolçusu Məsud Özilin də aralarında olduğu, Sid Kolasinaç, Aleksandr Lakazet, Pyer Abumeyanq və Qunduzi kimi futbolçular “Mayfair”dəki “Tape” klubunda “qəhqəhə qazı” adlanan narkotik tərkibli maddədən istifadə ediblər.

Görüntülərdə futbolçuların maddəni qəbul etdikdən sonra huşsuz vəziyyətə düşməsi də əks olunub.

Sözügedən şənlikdə 12 futbolçu və 70 qadın iştirak edib. Futbolçular 30 min funt-sterlinq hesab ödəyiblər.

Artıq “Arsenal” klubu da qalmaqallı görüntülərə münasibət bildirib. Klubun sözçüsü futbolçularla bu barədə söhbət aparılacağını və onlara komandanın təmsilçiləri kimi öhdəliklərinin olduğunun xatırladılacağını bildirib.

Qeyd edək ki, “qəhqəhə qazı” adlanan “hippi krak”ın istifadəsi qanunla qadağan edilməyib. Amma oksidləşmiş azotdan ibarət olan bu maddə ölümə səbəb ola bilir. Maddənin səbəb olduğu oksigen çatışmazlığı səbəbindən istifadə edənlər əksər hallarda huşunu itirir.

Xəbər lenti