Türkiyə mallarına əlavə gömrük rüsumlarının tətbiqi əslində ABŞ administrasiyasının son dövrlər digər ölkələrə qarşı atdığı addımların tərkib hissəsidir.

 

Bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın türk mallarına əlavə rüsumların tətbiq edilməsi ilə bağlı qərarını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, Trampın sözügedən qərarının Türkiyə iqtisadiyyatına mənfi təsir edəcəyini deyib:

“Pompeo-Çavuşoğlu görüşündə bir çox problemlərin həlli ilə bağlı ilkin razılaşmaların əldə olunacağına dair gözləntilər var idi. Ancaq görüş çox pozitiv keçsə də, tərəflər arasında anlaşmalar əldə olunmadı. Çünki ABŞ tərəfindən Türkiyənin qarşısında çox sərt tələblər qoyulmuşdu. Bunlar həbsdə olan keşiş Bransonun azad olunması, noyabra qədər neft alışının dayandırılmasına dair İranla əlaqələrin kəsilməsi, S-400-lərin alışından imtinadır. Ankara isə bunun əvəzində ABŞ-ın FETÖ rəhbəri Fətullah Güləni təhvil verməsini və yeni növ silahların, təyyarələrin Türkiyəyə satışına icazə istəyir. Açığı, maraqlar üzərindən qarışıqlı alver gedir. Ancaq hələ ki, anlaşma yoxdur. Türkiyə mallarına əlavə gömrük rüsumlarının tətbiqi əslində ABŞ administrasiyasının son dövrlər digər ölkələrə qarşı atdığı addımların tərkib hissəsidir. Çünki ABŞ Çin, Avropa Birliyi, Hindistan, Latın Amerikasına, hətta ən yaxın qonşusu və ticarət tərəfdaşı Kanadaya qarşı da bu cür addımlar atıb. O üzdən Trampın qərarının sırf Türkiyəyə qarşı yönəldiyini düşünmürəm”.

İqtisadçı istənilən halda qərarın Türkiyə iqtisadiyyatına çox ciddi zərbə vuracağını bildirib:

“Türkiyə iqtisadiyyatında inflyasiyanın 12 faizdən yuxarı olması məhz bu gərginliyin nəticəsidir. Türkiyədən Şimali Amerikaya təxminən 16-18 milyard dollara yaxın ixracat var idi. İndi Trampın qərarından sonra Şimali Amerikaya ixrac olunan türk mallarının həcmində ciddi azalmalar müşahidə olunacaq”.

Qeyd edək ki, Tramp administrasiyası ABŞ-a gömrük vergisi vermədən daxil olan Türkiyə məhsullarına qarşı rüsumların tətbiqi məsələsini gündəmə gətirib.

30 Aprel 2025 Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO

Xəbər lenti