Ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

 

“Qafqazinfo” xəbər verir ki, fərmana  əsasən Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2012-ci il 5 sentyabr tarixli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Sözügedən fərmanda siyahıda qeyd olunan xidmət sahələrinin ən diqqətçəkəni notariat fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət də “Asan Xidmət”ə verilir. 

Ötən gündən etibarən sosial şəbəkələrdə də müzakirə edilən əsas məsələ isə ölkədə fəaliyyət göstərən notariat kontorlarının ləğvi ilə bağlıdır. 

Məsələni aydınlaşdırmaq üçün “Qafqazinfo” Ədliyyə Nazirliyinə müraciət edib.

Bildirilib ki, fərmanda da qeyd olunduğu kimi, bu xidmətlər Bakı şəhəri və “Asan Xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində tətbiq ediləcək. Bu da o deməkdir ki, məsələn, Kürdəmir rayonunda “Asan Xidmət”yoxdursa, orada notariat kontorlarının fəaliyyəti davam edəcək.

Bakıda bütün notariat kontorlarının fəaliyyətinin hamısının necə tənzimlənəcəyi məsələsi isə bu günlərdə dəqiq müəyyənləşəcək.

Bu arada bildirək ki, Bakı şəhərində 5 “Asan Xidmət”mərkəzi fəaliyyət göstərir. Onlar 1,2,3,4,5 saylı mərkəzlərdir.
Regionlarda isə ümumilikdə 10 “Asan Xidmət” mərkəzi var. Bunlar Sumqayıt, Gəncə, Bərdə, Sabirabad, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəkidə  yerləşir.

Mövzu ilə bağlı “Qafqazinfo”ya danışan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı qeyd edib ki, bu xidmət Ədliyyə Nazirliyinin sistemində fəaliyyət göstərir: “Əhali əsasən mənzil və digər problemlərini həll etmək üçün notariuslara müraciət edir. Deməzdim ki, notariatlarda bu və ya digər xarakterli problemlərlə üzləşirlər. Çünki bunun təkmilləşməsinə ehtiyac var. Bu xidmətlərin də “Asan  Xidmət”ə verilməsi yaxşı haldır. Çünki bu da xidmətin  bir formasıdır”.

Qeyd edək ki, Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərlə bağlı təkliflərini 3 ay müddətinə Prezidentə təqdim etmək tapşırığı verilib.

30 Aprel 2025 Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO

Xəbər lenti