1994-cü ilin oktyabr ayında, 1995-ci ilin martında Azərbaycan xalqının iradəsini ifadə edən Prezident Heydər Əliyevi devirmək üçün təxminən 15 iyul hadisələrinə oxşar hadisə baş vermişdi.

O zaman Azərbaycan ordusunun, Daxili Qoşunların, polisin tərkibində yuva salmış, öz doğru yolundan sapdırılmış azərbaycanlı adını daşıyan əlisilahlılar dövlətə və dövlətçiliyə silah yönəltdilər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Türkiyə səfirliyində 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Əli Həsənov xatırladıb ki, həmin vaxt Heydər Əliyev o qüvvələrin qarşısına xalqın iradəsi ilə çıxıb:

"Heydər Əliyev onların qarşısına ordu, silahlı dəstə çıxarmadı. Çağırış elədi ki, Azərbaycan dövlətini dəstəkləyən vətəndaşlar meydanlara çıxsın. Yüz minlərlə vətəndaş öz sinəsini sipər edərək bu silahlı, azğınlaşmış quldur dəstələrinin qarşısına çıxıb onları tərksilah elədilər. Tarixdə millətin iradəsinə qalib gələn qüvvə yoxdur və bundan sonra da olmacaq. Xüsusilə bu millətin iradəsi onun dəstəklədiyi liderin simasında ifadə olunursa".

Əli Həsənov qeyd edib ki, Türkiyə və Azərbaycan xalqları bu hadisələri eyni əhval-ruhiyyə ilə qarşılayıb:

"2 il əvvəl 15 iyulda Türkiyədə xalqa silah çəkən azğınlaşmış insanlar xalqın iradəsi ilə formalaşmış hakimiyyəti devirməyə çalışırdılar və məğlubiyyətə düçar oldular. Ulu öndərlərimizin böyük Atatürk və böyük Heydər Əliyevin təməlini qoyduğu tək millət iki dövlət formulu həmin günlərin sınağından şərəflə çıxdı və öz məğlubedilməzliyini bir daha dünyaya nümayiş etdirdi. İki dövlətin vətəndaşlarından, eyni millətin nümayəndələrindən qurulmuş Mahmud və Nigar Coşqunsu ailəsi simvol kimi türk tarixinin belə həyəcanlı günündə öz sinəsini düşmən gülləsi qarşısına verərək onlara qalib gəldi. Türk əzmini, iradəsini, sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu ifadə elədi".

30 Aprel 2025 Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO

Xəbər lenti