Gəncə şəhərində Aşıq Şəmşirin 125 illik yubileyi böyük təntənə ilə qeyd olundu.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2018-cı il noyabr ayının 10-da Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyi ilə əlaqədar olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında geniş tədbir keçirildi. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbycan Texnologiya Universitetinin professor-müəllim heyəti, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Regional Kollecinin, Gəncə Tibb Kollecinin, Gəncə Musiqi Kollecinin, Gəncə şəhər Təhsil idarəsinin, Gəncə Dəmiryol idarəsinin kollektivləri, veteranlar, ağsaqqallar, həmçinin Goranboy və Samux rayonlarından dəvət olunmuş qonaqlar iştirak etdilər. 
Tədbir iştirakçıları Aşıq Şəmşirin Göygöl rayonunda yerləşən büstü önünə tər-gül dəstələri düzərək, hörmət və ehtiramlarını bildirdilər. Daha sonra Gəncə Dövlət Flarmoniyasın foyesində ustad aşığın əlyazmalarından, haqqında yazılmış kitablardan, xatirələrdən, özünün seçmələrindən hazırlanmış guşənin nümayişi təşkil olunaraq, Aşıq Şəmşirin yaradıcılığı ilə bağlı sağlığında və ölümündən sonra çap edilmiş kitab sərgisinə baxış keçirildi.
Tədbirdə Kəlbəcər rayon Mədəniyyət evinin aşıqları və tanınmış incəsənət xadimləri çıxış edərək saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndirdilər və ustadın yazdığı şeirləri ifa edərək, bir-birindən zəngin saz havaları tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaratdı.
Sonda Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən tədbirin təşkil olunmasında fərqlənənlərə xatirə hədiyyələri təqdim olundu.

Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
30 Aprel 2025 Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO

Xəbər lenti