İsrail-İran gərginliyi hər an açıq toqquşmaya çevrilə bilər.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, sözügedən iki dövlət arasında dialoq, barışıq meyillərinin olmaması İsrail-İran müharibəsini şərtləndirir:

“Bu isə açıq-aşkar İsrail-İran münasibətlərində düşmənçiliyi artırır. Tərəflərin bir-birinə qarşı təhlükəli planları var. İsrail ümumiyyətlə İranla bağlı dünyadakı təcrid siyasətinə bacardığı qədər dəstək verir. ABŞ isə bu yöndə İsrailə hər cür yardım göstərir. İsrailin Baş naziri Benyamin Netanyahunun Moskvaya səfəri heç də təsadüfi deyil. İsrailin məqsədi özünə yaxın hesab etdiyi tərəfdarlarla, müttəfiq ölkələrlə birgə İranın imkanlarını məhdudlaşdırmaqdır. Ümumiyyətlə, İranın Suriya, Livan, Fələstin, İraqda silahlı dəstələri və tərəfdarları var. İran çalışır ki, onların vasitəsilə İsrailin hüdudları yaxınlığında dayaq nöqtələri yaratsın və bununla da müharibə və ya radikal risklərdən qorunsun. Ola bilsin ki, İranın hər hansı müttəfiqi bu plana dəstək göstərsin. Həmçinin İranın himayəsindən istifadə edən qüvvələr və qruplar da bu prosesə qatıla bilərlər”.

Politoloq bildirib ki, əgər dünya diplomatiyası bu gərginliyin aradan qalxmasında yaxından iştirak etməsə, proses açıq toqquşma ilə bitəcək:

“Əlbəttə ki, bu, Yaxın Şərq ölkələri üçün yaxşı heç nə vəd etmir. Problem ondadır ki, bu iki dövlət arasında barışmazlıq getdikcə daha da dərinləşir. Bu, müasir dövrdə ən böyük həyəcan doğuran amillərdən biridir”.

Qeyd edək ki, iranlı general Hüseyn Səlami Qolan təpələrində islam ordusu qura biləcəklərini və bu ordu ilə İsrail rejimini aradan qaldırılacaqlarını bəyan edib.

30 Aprel 2025 Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO

Xəbər lenti