Yol-xeber.az" xəbər verir ki, Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüşüb söhbət etdik, ömürlərinin böyük hissəsini ölkəmizin dəmiryol sənayesinin inkişafına həsr etdiklərinə, bu sahəyə verdikləri əvəzsiz töhfələrə görə onları daim minnətdarlıqla, ehtiramla xatırladığımızı bildirdik.
Veteran dəmiryolçularımız öz təcrübələrini bölüşüb peşə fəaliyyətində qarşılaşdıqları yaddaqalan hadisələrdən danışdılar, bu əlamətdar gündə göstərilən diqqətə görə təşəkkürlərini çatdırdılar.