Yol-xeber.az" xəbər verir ki,  Son illərdə paytaxt Bakı şəhərində sürətli iqtisadi inkişaf, işgüzar fəallığın genişlənməsi, müxtəlif təyinatlı obyektlərin tikintisinin vüsət alması dayanıqlı nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən etibarlı nəqliyyat sisteminin tikintisini şərtləndirib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. 

Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov icra olunan yeni yol infrastrukturu layihəsinin gedişatı ilə yerindəcə tanış olub. 

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolunun ümumi uzunluğu 12.7 km olmaqla 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun torpaq yatağının eni 30,6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla yeni yol 6 hərəkət zolağından ibarət olacaq. 

Avtomobil yolunun hər iki tərəfində yaşıllıq zonasının salınması, piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması, zəruri yerlərdə U dönüşlərinin tikintisi də layihə üzrə nəzərdə tutulub ki, bu istiqamətdə müvafiq addımlar atılır. 

Layihələrin icra vəziyyəti ilə yerindəcə tanış olan Agentliyin İdarə Heyətinin sədrinə məlumat verildi ki, hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının və yol əsasının inşası işləri həyata keçirilir. Yol əsası hazır olan hissələrdə asfaltlanma işlərinə də start verilib

Layihəyə əsasən yolboyu 3 yol qovşağı, 3 körpü və 2 yerdə alt keçidin inşası işləri aparılır. Bundan başqa, yolboyu müxtəlif diametrlərə malik suötürücü boruların quraşdırılması işləri yekunlaşmaq üzrədir.   

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni Böyükşor-Pirşağı avtomobil yoluna baxış zamanı yol infrastrukturu layihəsinin “İnşaat Norma və Qaydaları”na uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib

Qeyd edək ki, yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.   

YOLUNUZ AÇIQ OLSUN...

 




 

 




30 Aprel 2025 Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO

Xəbər lenti