"Yol-xeber.az"un xəbərinə görə, Fevralın 21-də “Azərbaycan Dəmir Yolları” QSC-də Udmurtiya Respublikası rəhbərinin Rusiya Federasiyası Prezidenti yanında Daimi Nümayəndəsi - Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin polad magistralında görülən işlərdən danışıb. O, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şücaətli Ordumuzun əldə etdiyi Böyük Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə aparılan irimiqyaslı quruculuq-bərpa işləri barədə qonaqlara məlumat verib. Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu layihələrinin gedişatından söhbət açıb. Sədr son illərdə dəmir yolu sahəsində, xüsusilə lokomotiv parkının yenilənməsi və genişləndirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.

Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiç respublikasının iqtisadi-ticari potensialı, ixrac və investisiya  imkanları ilə bağlı məlumatları bölüşüb.   Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağında etibarlı körpü rolu oynadığını vurğulayan qonaq ölkəmizlə dəmir yolu sahəsində mövcud əməkdaşlığı genişləndirməyə maraqlı olduqlarını qeyd edib.

Sonra nümayəndə heyətinin tərkibində təmsil olunan şirkətlərin təqdimatı olub. Təqdimatlar dəmir yolu avadanlıqlarının, metal konstruksiyaların, məmulatların və hissələrinin, təhlükəsizlik sistemlərinin işlənib hazırlanması və istehsalı, obyekt tanıma sistemləri, dəmir yolu keçidləri üçün avtomatika və digər sahələri əhatə edib.  Şirkət nümayəndələri dispetçerlik, nəqliyyat və real vaxt rejimində çalışan yüksək yüklü idarəetmə sistemləri sahəsində proqram təminatının hazırlanması, yük daşımaları sahəsində avtomatlaşdırılma, informasiya texnologiyaları ilə bağlı təkliflərini irəli sürüblər. Bildirilib ki, həmin şirkətlər  “Rusiya Dəmir Yolları” ASC, eləcə də bir sıra ölkələrin dəmir yolu nəqliyyatı   qurumları ilə uğurlu əməkdaşlıq əlaqələrinə malikdir. 

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq şirkətlərlə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb.

30 Aprel 2025 Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO

Xəbər lenti