Son 10 ildə respublikanın daxili və transsərhəd çaylarının sululuğunda azalma tendensiyası müşahidə olunur.

 

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, bu ilin avqust ayında buzlaqlar üzərində aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, buzlaqların sahəsi 2.4 km2 təşkil edib:

“Bununla yanaşı, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması müəyyən olunub. Bu da iqlim dəyişmələrinin əsas indikatorlarından biri olan buzlaqlarda gedən ərimə prosesinin intensivliyinin daha da sürətlənməsindən xəbər verir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın ərazisində dağ buzlaqları Bazardüzü, Tufandağ, Şahdağ, Yatıxdərə və Arazdərə dağlarının ərazisində yerləşir. Qusarçayın hövzəsinin buzlaqları haqqında ilk məlumatlar 1890-cı ilə təsadüf edir.

O zaman ümumi sahəsi 4,9 km2 olan səkkiz buzlaq müəyyən edilib.1960-cı ildə isə buzlaqların sahəsi 3,2 km2 təşkil edib”.

Asif Verdiyev qeyd edib ki, su ehtiyatlarımızın azalır:

“Gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün müvafiq tədbirlər görülməlidir. Buzlaqların sahəsinin azalması ilə yanaşı, həm də son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində respublikanın su ehtiyatlarının qidalanmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması və qarın aşağı sərhədinin yüksəkliyə doğru qalxması müşahidə olunmaqdadır.

Respublikanın daxili çaylarında və Transsərhəd çaylarda mövcud vəziyyət və çoxillik müqayisələr ETSN-nin Milli Hidrometeorologiya Departamenti tərəfindən 103 hidroloji məntəqədə müşahidələr aparılır.

Monitorinqlər zamanı gündə iki dəfə suyun səviyyəsi, suyun sərfi və suyun temperaturu üzərində müşahidələr olur. Müşahidə məlumatlarının təhlili göstərir ki, son 10 ildə Respublikanın daxili çaylarının, eyni zamanda, transsərhəd çayların sululuğunda azalma tendensiyası müşahidə edilir”.

Baş hidroloq bildirib ki, analoji təhlillər yaz-yay gursululuq dövrü üçün də aparılıb və həmin dövrdə sululuqda azalma müəyyən olunub:

“Eyni zamanda, Kür çayının yuxarı və aşağı hissəsində yerləşən hidroloji məntəqələrdə suyun səviyyəsi üzərində çoxillik təhlillər aparılıb. Aparılan təhlillər onu göstərir ki, son 10 ildə Kürün həm yuxarı, həm də aşağı hissəsidə suyun səviyyəsində azalma baş verməkdədir.

Bunun əsas səbəblərdən biri də son illər dağlıq ərazilərə yağan qar ehtiyatının normadan az olması, düşən yağıntının azalması və eyni zamanda, yay dövründə anomal temperatur artımı nəticəsində suyun səthində baş verən buxarlanmanın kəskin artmasıdır.

Hal-hazırda Kürün aşağı axınında suyun səviyyəsi keçən illə müqayisədə 20-30 sm aşağıdır. Respublikanın dağ çaylarında hazırda sululuq Böyük və Kiçik Qafqazın çaylarında ongünlük normaya yaxın və bir qədər azdır. Ən aşağı sululuq Naxçıvan MR və Lənkəran-Astara bölgəsinin çaylarında müşahidə olunur”.

30 Aprel 2025 Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO

Xəbər lenti