Azərbaycan nümayəndə heyəti Kurık limanının təqdimat mərasimində iştirak edib
Qazaxıstanın Manqistau vilayətində prezident Nursultan Nazarbayevin iştirakı ilə Kurık limanının bərə kompleksinin multimodal nəqliyyat mərkəzinin təntənəli təqdimat mərasimi keçirilib. Tədbirdə ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Türkmənistan, İran, Çin, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstanın dövlət orqanlarının rəhbərləri, nəqliyyat-logistika şirkətləri iştirak edib.
Kurık limanı beynəlxalq nəqliyyat dəhlizləri şəbəkəsinə daxil edilib. Kompleksin avtomobil və dəmir yolu-bərə ötürmə qabiliyyəti ildə 7 milyon tondan çoxdur. Kurıkın gömrük xidməti ən çox 30-40 dəqiqə nəqliyyat vasitələrinə xidmət edəcək, limanının əsas obyektləri terminal-anbar infrastrukturunun inkişafına imkan yaradacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanovun sözlərinə görə, Kurık limanı Qazaxıstan və Azərbaycan dəmir yolu infrastrukturu arasında texnoloji körpüdür. Azərbaycan nəqliyyatçıları tətbiqi marketinq logistika, dəmir yolu və dəniz nəqliyyatı üzrə müasir multimodal qərarların qəbul edilməsində qazaxıstanlı həmkarları ilə əməkdaşlıq edir.
Təqdimat iştirakçıları Qazaxıstanın nəqliyyat-logistik sisteminin və beynəlxalq ticarət axınlarına, eləcə də onun inteqrasiyasının inkişafının tarixində bu əlamətdar hadisənin əhəmiyyətini qeyd ediblər. Qazaxıstan Avropa və Asiya arasında transkontinental daşınmaların inkişafı üzrə fəal iş aparır. Avrasiya nəqliyyat dəhlizlərinin inkişafı üçün son 10 il ərzində nəqliyyat-logistik infrastruktura təxminən 30 milyard ABŞ dolları sərmayə qoyulub. Müasirləşdirmə və yeni infrastrukturun tikintisi layihələrinin həyata keçirilməsi isə davam edir. İnvestisiyalar 2020-ci ildə daha 8,4 milyard dollar təşkil edəcək. Bu, İpək Yolunun ticarət axınına əlavə təkan verəcək.

 
ADY Ekspress MMC / ADY Express LLC adlı şəxsin şəkli.
ADY Ekspress MMC / ADY Express LLC adlı şəxsin şəkli.
ADY Ekspress MMC / ADY Express LLC adlı şəxsin şəkli.
 
30 Aprel 2025 Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO

Xəbər lenti