Tacikistan prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verəcək çoxsaylı sənədlərin imzalanması ilə yadda qaldı.

 

Bu sözləri Axar.az-a Tacikistan Prezidenti İmaməli Rəhmanın Bakıya səfərini şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili vurğulayıb ki, iki ölkə arasında imzalanan sənədlər təhsil, mədəniyyət, humanitar sahədən tutmuş iqtisadiyyat və sənaye sahələrinə qədər geniş spektri nəzərdə tutur:

“Əldə olunan razılaşmalar hər iki tərəfə iqtisadi və siyasi dividentlər vəd edir. Siyasi sahədə Tacikistan və Azərbaycan həmişə bir-birinə dəstək verib və bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq qarşılıqlı şəkildə maraqlarını müdafiə ediblər. Eyni zamanda İslam Əməkdaşlığı Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi regional təşkilatlarda da daima qarşılıqlı maraqlar nəzərə alınıb. İqtisadi sahədə isə Tacikistan Azərbaycanın neft məhsullarına, eyni zamanda, metallurgiya sahəsinə ciddi maraq göstərir. Çünki bu ölkənin enerji və karbohidrogen ehtiyatları yox dərəcəsindədir. Eyni zamanda, coğrafi nöqteyi-nəzərdən nəqliyyat kommunikasiya baxımından da bu ölkənin yeri bir o qədər də əlverişli deyil. Ona görə də Azərbaycanın adlı çəkilən sahələrdə yaratdığı yeni imkanlar ölkəmizi Tacikistan üçün cazibədar edir”.

Millət vəkilinin sözlərinə görə, istər “İpək Yolu” nəqliyyat dəhlizi, istərsə də Azərbaycanın neft- kimya sənayesi Tacikistan iqtisadiyyatının inkişafına mühüm perspektivlər vəd edə bilər:

“Ona görə imzalanan sənədlər arasında bu kimi məsələlər də öz əksini tapmış oldu. Bu həm də Azərbaycanın iqtisadi maraqlarının təmin olunması deməkdir. Səfər zamanı ən mühüm hadisələrindən biri isə prezidentlər tərəfindən imzalanan birgə bəyannamə oldu. Bu, ölkəmiz üçün çox mühüm idi. Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı çərçivəsində, eyni zamanda BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında öz həllini tapması Tacikistan tərəfindən dəstəklənir ki, bu da həm beynəlxalq hüquq həm də ədalətin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. Bütün bunları nəzərə alsaq, Tacikistan prezidentinin Azərbaycana səfərinin hər iki ölkənin milli maraqlarının təmin olunması baxımında qarşılıqlı faydalı səfər hesab edə bilərik”.

Qeyd edək ki, Tacikistan Prezidenti İmaməli Rəhman avqustun 9-da Azərbaycanda rəsmi səfərdə olub.

30 Aprel 2025 Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO

Xəbər lenti