![]() |
|
Bu gün açılışına toplaşdığımız layihələrin memarları olan və iştirakları ilə bizi şərəfləndirən prezidentlərimiz cənab İlham Əliyevə və cənab Rəcəb Tayyib Ərdoğana sonsuz minnətdarlığımı bildirirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri oktyabrın 19-da başa çatıb.
Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunub, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurub.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 69-cu iclası keçirilib.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
İclasda aşağıdakı məsələlər müzakirə olunub: Şuranın 68-ci iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2018-ci ilin doqquz ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2018-ci ilin doqquz ayı ərzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2018-2019-cu illər üçün beynəlxalq istiqamətdə qatarların hərəkət cədvəlinin tərtibi, yük qatarlarının və konteynerli vaqonların tərtib edilməsi planı haqqında; 2018-ci ilin may ayında yük qatarlarının siyahıyaalınmasının nəticələri və 2018-ci ilin sentyabr ayında konteynerlərin siyahıyaalınmasının ilkin nəticələri haqqında; 2018-ci ilin səkkiz ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; 2019-cu fraxt ili üçün beynəlxalq istiqamətdə yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti haqqında; Dəmir yolu administrasiyalarının elmi-tədqiqat və praktiki-layihələndirmə işləri planı haqqında; 2019-cu il üçün dəmir yolu nəqliyyatı şurası müdiriyyətinin fəaliyyətinin təmin edilməsinə dair xərclər smetası haqqında; “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Baş hesablama mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2019-cu il üçün xərclər smetası haqqında; 2019-cu ildə “Fəxri dəmiryolçu” döş nişanının paylaşdırılması haqqında və Şuranın 70-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.
Tədbir çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin yaranmasının 15 illiyi ilə əlaqədar yubiley xatirə medalı ilə təltif olunub. Xatirə medalını "Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov təqdim edib.
İclasın sonunda yekun protokolu imzalanıb.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.
Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 27 il ötür.
Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual salınıb: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib.
Bu gün 18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram kimi qeyd edilir, lakin qeyri-iş günü sayılmır.
Venesuelada bank əməliyyatlarında dollar istifadə edilməyəcək.
Ölkənin iqtisadiyyat nazirinin müavini Tareck Əl Aissami Venesuelaya iqtisadi təzyiqlərdə dolların “silah” olaraq istifadə edildiyini, buna görə də bundan sonra avro və yuana üstünlük veriləcəyini açıqlayıb.
O, ABŞ tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının beynəlxalq hüquqa zidd olduğunu, lakin bu bəhanəyə sığınaraq təslim olmayacaqlarını bildirib:
“ABŞ bir tərəfdən Venesuelanın beynəlxalq əməliyyatlarını dayandırır, digər tərəfdən də xalqımıza yardım etməkdən danışır. Bu, ABŞ hökumətinin ikiüzlülüyüdür. Onların edə biləcəyi ən böyük yardım imperializm pəncəsini ölkəmizin üstündən çəkməyidir. Bizi azad buraxsınlar. Heç kimi yeni müstəmləkəsi olmayacağıq”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına Piran-Hamarat-Vijaker avtomobil yolunda aparılan yenidənqurma işləri ilə bağlı məlumat verib.
Prezident İlham Əliyev Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 9,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Amerikalı keşiş Endryu Bransonun azadlığa buraxılması qarşılığında Türkiyəyə sanksiyaların ləğv ediləcəyi barədə bir razılıq yoxdur.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
Qeyd edək ki, Branson artıq Türkiyədə azadlığa buraxılıb və ABŞ-a yola salınıb.