![]() |
|
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı həmkarı Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyun ayının 21-də verilsə də, bu, birmənalı qarşılanmamışdı. Qırmızı rəngli, üzərində ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu bu bayrağın Osmanlı İmperiyasının bayrağına bənzəməsi müəyyən fikir ayrılığı yaratmışdı.
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.
Qanun Nəşrlər Evində yeni kitab işıq üzü görüb.
Gözlənilməz dönümləri ilə Vulf qələmi!
Ölüm – Məğrur Qardaş – Tomas Vulf
T.Vulfun bu əsərində heyrətamiz enerji, nəfəs kəsən təhkiyə, Vulf qələminə məxsus gözlənilməz dönüşlər diqqəti çəkir. Povest ömründə dörd insanın ölümünü görmüş qəhrəmanın yaşantılarını oxucuya çatdırır. Sən demə, həyatda miskin, təsadüfi, lüzumsuz və məğrur ölümlər də varmış, insan qismətinə hansı ölümün düşəcəyini bilmir.
“Böyük şəhərdə ölümün üzünü artıq üç dəfə görmüşdüm, ötən yaz yenidən görməli oldum. Bir dəfə gecə – həmin il zülmətin nəhəng küçəsiylə sürünə-sürünə yaşadığım dəlisov, sərxoş, heydən düşmüş gecələrin səhərdən-axşamacan, axşamdan-səhərəcən sürən dəyişikliyində – metroda insanın necə öldüyünü gördüm...”
Tərcüməçi: Nəriman Əbdülrəhmanlı
Azərbaycanın yol-tikinti şirkəti Ukraynanın magistral avtomobil yolunun təmiri üçün elan edilmiş tenderin qalibi olub.
Tikinti işlərinin başlanması üçün Kiyevdə Ukrayna Avtomobil Yolları Agentliyinin rəhbəri Slavomir Novak və “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru Kamil Əliyev saziş imzalayıblar. Sazişə əsasən “AzVirt” MMC M-01 yolunda Kiyev-Kopti (Çerniqov vilayəti) avtomobil yolunun 80 kilometrlik hissəsi əsaslı təmir olunacaq. Sazişin ümumi dəyəri 131 milyon 550 min avrodur (ƏDV daxil deyil). Yolun əsaslı təmir müddəti 730 gündür.
Sazişin imzalanma mərasimində çıxış edən S.Novak Ukrayna bazarına daha bir iri şirkətin daxil olmasından məmnun olduğunu bildirib. Diqqətə çatdırıb ki, bu, “AzVirt” şirkətinin Ukraynada reallaşdıracağı ilk layihədir. Tenderdə iştirak edən 13 beynəlxalq şirkət arasında qalib olmaq mühüm hadisədir.
“AzVirt” MMC-nin icraçı direktoru Kamil Əliyev rəhbəri olduğu şirkətə etibar edildiyinə görə Ukrayna Avtomobil Yolları Agentliyinin rəhbərinə təşəkkürünü bildirib.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə çıxışında qeyd edib ki, bu layihənin Ukraynada həyata keçirilməsi təkcə böyük şərəf deyil, həm də böyük təcrübə və nüfuzdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər naziri Əbdüləziz bin Səud bin Nayif Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qax-Zaqatala yolunun yenidən qurulmasını başa çatdırıb.