![]() |
|
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə ənənəvi qanvermə aksiyası keçirilib.
Artıq 6-cı dəfə keçirilən aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti, Agentliyin Aparatının və Bakı şəhərində yerləşən tabeli təşkilatlarının əməkdaşları yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə baş tutan belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Siyəzən rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Siyəzən rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Siyəzən və Xızı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.
Aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, İdarə heyətinin sədr müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, Agentliyin Aparatının rəhbəri İlqar Əhmədov həmçinin Agentliyin digər vəzifəli şəxsləri və əməkdaşları iştirak ediblər.
Tədbir zamanı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun mühafizə zolağında 3000 ədəd eldar şamı, Bakı Dairəvi I yolunun kənarında isə 1000 ədəd eldar şamı, 1000 ədəd qızılgül və həmişəyaşıl kol bitkiləri əkilib.
Agacəkmə aksiyası eyni zamanda digər respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarında da keçirilib. Belə ki, cari il ərzində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yollarının mühafizə zolaqlarında 85 000 ədəd ədəd eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv və digər müxtəlif növ ağac əkilib.
Beləliklə, cari ilin əvvəlindən indiyə qədər Agentliyin Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolaqlarına 100 000 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Əkilən ağacların böyük hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin tinglik sahələrində yetişdirilib.
Qeyd edək ki, avtomobil yollarının təhkim zolağında 2021-2022-ci illərdə 278 658 ədəd, 2023-cü ildə isə 100 000 ədəd, ümumilikdə 631 hektar ərazidə 378 658 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda 19.92 hektar ərazidə yaradılmış 9 tinglik sahəsində 123 863 ədəd ağac və kol bitkisi yetişdirilir.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatından 20 il ötür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin cəmiyyətin inzibati binasındakı büstü önünə gül dəstələri qoyuraq, ümummilli lideri qürur hissi, dərin hörmət, sonsuz sevgi ilə anıblar.
Bütün həyatını ölkəmizin tərəqqisi, xalqımızın işıqlı gələcəyi və xoşbəxtliyinə həsr edən Ümummilli lider Heydər Əliyevin xatirəsi milyonların qəlbində daim yaşayacaq!