cin-etiraz-etdi-argentina-xos-qarsiladi

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp bir çox ölkələrdən ABŞ-yə məhsul idxalına qarşılıqlı tariflər elan edib. Azərbaycanın da yer aldığı siyahıdakı ölkələr üçün baza səviyyəsində gömrük rüsumları 10 faiz təşkil edəcək. Bununla belə, Çin üçün bu tarif 34, Tayvan üçün 23, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib. Qərar aprelin 3-dən qüvvəyə minir. 

“Qafqazinfo” xəbər verir ki, siyahıdakı ölkələrin bəzilərinin ABŞ liderinin bu addımına reaksiyası gecikməyib.

Belə ki, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bu tarifləri dünya iqtisadiyyatına əhəmiyyətli zərbə adlandırıb. Onun sözlərinə görə, Aİ ABŞ ilə danışıqlara hazırdır, lakin Vaşinqton etiraz edərsə, Brüssel cavab tədbirləri görəcək. Burada söhbətin hansı mümkün tədbirlərdən getdiyini isə Leyen açıqlamayıb:

“Avropanın bu fırtınadan yan keçmək üçün hər şeyi var. Aİ dünyada ən güclü daxili bazara sahibdir. ABŞ administrasiyasının fəaliyyətlərindən ən çox iqtisadiyyatı az inkişaf etmiş ölkələr zərər görəcək”.

ABŞ administrasiyasının qərarına etiraz ölkələrdən biri də Çin olub. Ölkənin Ticarət Nazirliyi Çinin maraq və hüquqlarının müdafiəsi üçün cavab tədbirləri görəcəyini vəd edib. 

Nazirliyin məlumatında qeyd olunub ki, tariflərin artırılması bütün ölkələrin qanuni hüquqlarına ciddi zərbə vurur və birtərəfli qorxutma praktikasıdır:

“Tarix ABŞ-nin problemlərinin həlli üçün bu cür tədbirlərin effektiv olmadığını sübut edib. Ticarət müharibələrində qaliblər olmur və proteksionizm dalana doğru aparır”.

Eyni zamanda, Çin ABŞ-ni birtərəfli tarifləri ləğv etməyə və mübahisələri ticarət tərəfdaşları ilə bərabərhüquqlu dialoq yolu ilə həll etməyə çağırıb. 

Yeni tarif qərarını tənqid edənlər arasında Braziliya da var və ölkə milli maraqlarını qorumaq niyyətində olduğunu ifadə edib. 

Bununla belə, Argentina ABŞ-yə idxal olunacaq ölkə məhsullarına 10 faizlik tarif tətbiq edilməsi barədə qərarı müsbət qarşılayıb və bunu sərbəst ticarət haqqında sazişə ekvivalent kimi dəyərləndirib.

07 May 2025 Tramp Tehrana çağırış etdi və hədələdi: Bu, çox üzücü olacaq
07 May 2025 Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür
07 May 2025 Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı
07 May 2025 Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL - İki ölkə hava məkanını bağladı
07 May 2025 Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı
06 May 2025 Britaniya müharibəyə HAZIRLAŞIR - Gizli dosyedə NƏLƏR VAR...
06 May 2025 Fransada təhlükəsiz yer qalmayıb – Ədliyyə naziri
06 May 2025 Britaniya və Fransadan Rusiyaya çağırış
06 May 2025 Tramp 9 May Qələbə Gününü ABŞ-də milli bayram elan etdi
06 May 2025 Netanyahunun qəfil ertələnən Bakı səfəri - siyasi səbəb, yoxsa...
06 May 2025 Qəzzada ərzaq ehtiyatları tamamilə tükənib – Qızıl Aypara Cəmiyyəti
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
05 May 2025 Rusiyanın səfirliyinə tüpürən vəkilə 8 min dollarlıq cərimə – İsveçrədə qalmaqallı hadisə
05 May 2025 Şamda silahlar təhvil verilir – Druzi liderlərlə Suriya hökuməti arasında razılaşma
05 May 2025 Tramp: Putinin istəyi budur, mən olmasaydım...
05 May 2025 Netanyahudan TƏCİLİ AÇIQLAMA: "İrana CAVAB VERƏCƏYİK!"
05 May 2025 "8 il prezident olacağam" - Tramp
03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?

Xəbər lenti