Putinə qucaq, Kanada və Avropaya CƏBHƏ açır  - Trampdan yeni və çox sərt TƏHDİD

Avropa İttifaqı və Kanadaya qorxunc xəbərdarlıq: “ABŞ-a qarşı birləşsələr, ağır tariflər tətbiq olunacaq”
ABŞ Prezidenti Donald Tramp gecə saatlarında sosial şəbəkədə yaydığı bəyanatla Avropa İttifaqı və Kanadaya qarşı açıq təhdid səsləndirib. O, bu iki tərəf ABŞ-a iqtisadi zərər vermək üçün birləşərsə, “çox böyük miqyaslı tariflər” tətbiq ediləcəyini bəyan edib.

New York Times bu sitatı diqqətə çıxardır: “Əgər Avropa İttifaqı Kanada ilə birlikdə ABŞ-a iqtisadi zərər vurmaq üçün əməkdaşlıq edərsə, hər iki tərəfə qarşı hazırda planlaşdırılandan qat-qat böyük tariflər tətbiq olunacaq. Mən yalnız bu iki ölkənin tarix boyu sahib olduqları ən yaxşı dostu qorumaq istəyirəm – ABŞ-ı!”

Bu sərt açıqlama, artıq mövcud olan ticarət müharibəsinin yeni cəbhə qazanması deməkdir. Xatırladaq ki, Tramp administrasiyası son aylarda Avropa istehsalı olan polad, alüminium, avtomobil və bir sıra digər məhsullara tariflər tətbiq edib. Bu, Avropa İttifaqını çıxılmaz vəziyyətə salıb və İttifaq hazırda ABŞ-la ticarət gərginliyini danışıqlar yolu ilə aradan qaldırmağa çalışır.

Avropa Komissiyasının Ticarət üzrə nümayəndəsi Maroş Şefçoviç məsələ ilə bağlı bildirib: “Sonda necə deyərlər, bir əl ilə alqış tutmaq olmaz.” Bu isə Avropa tərəfinin ABŞ-ın birtərəfli mövqeyindən narazı olduğunu göstərir.

Digər tərəfdən, Trampın NATO və təhlükəsizlik məsələlərində verdiyi ziddiyyətli mesajlar Avropa İttifaqı ilə Kanadanı hərbi və iqtisadi baxımdan bir-birinə daha da yaxınlaşdırıb. Kanada artıq Avropanın silahlanma təşəbbüslərinə sənaye dəstəyi vermək üçün addımlar atır.

Hələlik Avropa Komissiyası Trampın təhdidlərinə rəsmi reaksiya verməyib. Lakin ABŞ-ın əsas ticarət tərəfdaşı olan Avropa İttifaqı üçün bu xəbərdarlıq ABŞ ilə əlaqələrin daha da gərginləşə biləcəyinə dair açıq siqnaldır.

Musavat.com-un topladığı məlumatlar göstərir ki, ABŞ-Avropa münasibətlərində gərginlik daha da artacaq.

07 May 2025 Tramp Tehrana çağırış etdi və hədələdi: Bu, çox üzücü olacaq
07 May 2025 Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür
07 May 2025 Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı
07 May 2025 Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL - İki ölkə hava məkanını bağladı
07 May 2025 Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı
06 May 2025 Britaniya müharibəyə HAZIRLAŞIR - Gizli dosyedə NƏLƏR VAR...
06 May 2025 Fransada təhlükəsiz yer qalmayıb – Ədliyyə naziri
06 May 2025 Britaniya və Fransadan Rusiyaya çağırış
06 May 2025 Tramp 9 May Qələbə Gününü ABŞ-də milli bayram elan etdi
06 May 2025 Netanyahunun qəfil ertələnən Bakı səfəri - siyasi səbəb, yoxsa...
06 May 2025 Qəzzada ərzaq ehtiyatları tamamilə tükənib – Qızıl Aypara Cəmiyyəti
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
05 May 2025 Rusiyanın səfirliyinə tüpürən vəkilə 8 min dollarlıq cərimə – İsveçrədə qalmaqallı hadisə
05 May 2025 Şamda silahlar təhvil verilir – Druzi liderlərlə Suriya hökuməti arasında razılaşma
05 May 2025 Tramp: Putinin istəyi budur, mən olmasaydım...
05 May 2025 Netanyahudan TƏCİLİ AÇIQLAMA: "İrana CAVAB VERƏCƏYİK!"
05 May 2025 "8 il prezident olacağam" - Tramp
03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?

Xəbər lenti