“Oval kabinet qalmaqalı” Avropanı ABŞ-dan qopartdı: Tramp-Putin sövdələşməsi “legitim”liyini itirdi

Prezident Volodimir Zelenski seçki və postundan çəkilməsinin əvəzində, onu şantaj edən Tramp administrasiyasına “siyasi bazarlıq” şərti irəli sürür... Ukraynaya dəstək qərarı verən bəzi Avropa dövlətlərindən fərqli olaraq, ABŞ arxa çevirdiyi rəsmi Kiyevin Tramp-Putin sövdələşməsini sülh sazişi kimi qəbul edilməsini istəyir...

"Yeni Müsavat" xəbər verir ki, “Oval kiabinet qalmaqalı” Ukrayna böhranı ətrafında mövcud olan situasiyanı daha da qəlizləşdirdi. Ancaq bununla yanaşı, bir çox önəmli məsələlərə də böyük ölçüdə aydınlıq gətirmiş oldu. Hər halda, bu qalmaqalın baş verməsi qətiyyən təsadüfi deyil. Xüsusilə də, iki prezidentin – Ağ Ev sahibi Donald Tramp və Ukrayna lideri Volodimir Zelenskinin biabırçı mübahisəsinin media təmsilçiləri qarşısında baş verməsindən yayınmaq olardı. Və belə anlaşılır ki, Ağ Evdəkilər qalmaqlın baş vermə yeri ilə bağlı müəyyən maraqlar üzərindən qərar veriblər.

Onu da qeyd etmək lazımdır ki, Ağ Evdəkilər istəməsydilər, yəni, onlara lazım olmasaydı, bu qalmaqal ümumiyyətlə, baş verməzdi. Məsələn, prezident Volodimir Zelenski “oval kabimet qalmaqalı”ndan dərhal sonra Böyük Britaniyanın baş naziri Keir Starmer qonağı oldu. Ancaq Ağ Evdə baş verənlərin əksinə olaraq, Ukrayna lideri böyük hörmətlə qarşılanıb, yola salındı. “Oval kabinet”də isə Ukrayna lideri ABŞ-ın həm prezidenti, həm də vitse-prezidenti tərəfindən olduqca mənasız iradlarla hədəfə alındı. Və bu, müəyyən mənada, ABŞ-da rəsmi əsəfərdə olan Ukrayna prezidentinə məqsədyönlü “sataşma” xarakteri daşıyırdı.

1f096dc04d3d59387d33644581165911.jpeg (280 KB)

Təbii ki, Tramp administrasiyası bu yolverilməz “tamaşa”nı ssenariləşdirərkən, xüsusi məqsədlər güdmüş olmalıdırlar. Böyük ehtimalla prezident Volodimir Zelenskini aşağılamaqla, onu nüfuzdan salmaq, sonrasa rəsmi Kiyevin çarəsiz durumunu qabartmaq məqsədi güdülüb. Çünki belə vəziyyətə salınmış Ukraynaya həm Rusiyanın xeyrinə sülh sazişini qəbul etdirmək, həm də bu ölkənin təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi barədə sənədi imzalatmaq daha asan başa gələ bilərdi. Və buna paralel olaraq da, Ukraynanın gələcək taleyinin rəsmi Kiyevin iştirakı olmadan, yalnız Rusiya ilə razılaşdırmaq cəhdlərinin legitimləşdirilməsi problem yaratmazdı.

Ancaq prezident Volodimir Zelenski Tramp administrasiyasının bu oyununu pozmağı bacardı. Üstəlik, ABŞ prezidenti və vitse-prezidentinin əlbir olub, onu aşağılamaq, nüfuzdan salmaq cəhdlərinə gözlənilməz səviyyədə qətiyyətli reaksiya verdi. Bununla da, həm Ukrayna dövlətinin, həm də prezident kimi özünün qürurunu qorumağı bacardı. Eyni zamanda, həm ABŞ-a, həm Rusiyaya, həm də bütün dünyaya mesaj verdi ki, rəsmi Kiyevin iştirakı olmadan, Ukraynanı bölüşdürmək cəhdlərinə qətiyyətlə müqavimət göstəriləcək. Və bununla da əslində, Ukrayna lideri Tramp-Putin sövdələşməsini tanımadığını, onun qeyri-legitim olduğunu qabartmış oldu.

Bütün bunları nəzərə aldıqda, Tramp administrasiyasının “qalmaqal ssenarisi”nin uğursuz olduğunu və ABŞ-ın əleyhinə çevrilə biləcəyini də düşünmək olar. Belə ki, yalnız Rusiya ilə sövdələşməklə Ukraynanın bölüşdürülməsinin cətin, hətta qeyri-mümkün olacağını artıq Ağ Evdə anlamağa başlayıblar. Ona görə də, hazırda Tramp administrasiyası Rusiya prezidenti Vladimir Putinin Ukrayna əleyhinə tezislərini eynilə təkrarıamağa başlayıb. Və israrla prezident Volodimir Zelenskinin qeyri-legitim dövlət başçısı olduğu ilə bağlı iddiaları ön plana keçirərək, Ukraynada seçkilərin təşkili tələb olunur.

tramp-putin-zelenski-1-Снимок.JPG (110 KB)

Maraqlıdır ki, prezident Volodimir Zelenski bu tələblərə qarşı çıxmır. Ukrayna lideri seçkilərin keçirilməsinə və hətta öz postunu təhvil verməyə belə, hazır olduğunu vurğulayır. Ancaq o, bunun əvəzində Ukraynanın dərhal NATO-ya üzv qəbul edilməsi ilə bağlı prinsipial şərt irəli sürür. Prezident Volodimir Zelenski bu şərtini yalnız NATO üzvü olan Ukraynanın təhlükəsizlik təminatı almaağa nail ola biləcəyi ilə arqumentləşdirir. Əks halda, hətta seçkilər keçirilsə belə, prezidentliyə öz namizədliyini irəli sürəcəyini vurğulayır. Və “oval kabinet qalmaqalı” nəticəsində siyasi reytinqi yüksəlməkdə olan prezident Volodimir Zelenskinin seçkilərə qatılmaq niyyəti Ağ Ev üçün məqbul variant sayılmır.

Göründüyü kimi, prezident Volodimir Zelenskini və Ukraynanı küncə sıxışdırmaq, zəif göstərmək cəhdləri hazırda ABŞ-ın maraqlarına müəyyən problemlər yaratmağa başlayıb. Üstəlik, “oval kabinet qalmaqalı”ndan sonra Avropa məkanında Ukraynaya dəstək vədləri daha da artmağa başlayıb. Böyük Britaniya bu barədə öz üzərinə hətta öhdəlik də götürüb, artıq Ukraynaya maliyyə vəsaitinin ayrılmasını da təmin edib. Eyni zamanda, Avropa siyasi liderlərinin Londonda keçirilmiş son sammitindən də Ukraynaya dəstəyin davam etdirilməsi qərarı çıxıb. Və bu, o deməkdir ki, Tramp-Putin sövdələşməsinə baxmayaraq, Ukrayna savaşının davam etmə ehtimalı kifayət qədər yüksəkdir.

Ancaq Avropa Birliyi daxilində müəyyən tərəddüdlər də olmamış deyil. Belə ki, bəzi avropalı siyasətçilər Ukraynaya dəstək prosesində ABŞ-ın da iştirakı olduqca vacibdir. Xüsusilə də, ABŞ-ın iştirakı olmadan Ukraynaya təhlükəsizlik təminatının verilməsi asan məsələ deyil. Ona görə də, prezident Volodimir Zelenskiyə mesajlar verilir ki, o, Ağ Ev sahibi Donald Trampla korlanmış münasibətlərini bərpa etməyə çalışmalıdır. Və buna paralel olaraq isə Ağ Ev sahibi ABŞ-ın Ukraynaya hərbi dəstəyinin dayandırılması variantlarını artıq öz yaxın ətrafı ilə müzakirə etməyə başlayıb.

uQB5lmVJcBZKYLoKOYtU.jpg (87 KB)

Belə anlaşılır ki, prezident Volodimir Zelenski “oval kabinet”də öz nüfuzunu ciddi şəkildə artırsa da, Ukrayna böhranı ətrafında situasiya hər halda, qəlişləşməkdə davam edir. Ağ Evdə hesab edirlər ki, prezident Volodimir Zelenski ilə münasibətlər yalnız rəsmi Kiyev sülhə hazır olduğu təqdirdə, normal məzmun ala bilər. Və bu, hazırda rəsmi Kiyev üçün olduqca ciddi problem təsiri bağışlayır.

Çünki ABŞ-ın gözləntiləri prezident Volodimir Zelenskinin Tramp-Putin sövdələşməsini Ukrayna savaşının dayandırılması üzrə sülh şərtləri olaraq, qəbul edilməsi ilə bağlıdır. Bundan sonra həmin şərtlərin ağırlaşacağı, yaxud Ukraynaya müəyyən güzəştlərin ediləcəyi hələlik qeyri-müəyyən xarakter daşıyır. Və ABŞ-ın güzəştlərə deyil, diqtə etməyə vərdişli olduğunu nəzərə aldıqda, Ukraynanı daha ağır mərhələnin gözlədiyi isə qətiyyən şübhə doğurmur.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti