Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...  

"Paşinyanın mayın 7-də Putinin andiçmə mərasimində iştirak etməsi ehtimalı azdır. Çünki bu, birbaşa Rusiya ilə təmasın qurulması deməkdir".

Bu fikirləri Musavat.com-a siyasi analitik Asif Nərimanlı bildirib. O əlavə edib ki, Paşinyanın Putinin yanında mövqe sərgiləməsi Ermənistana dəstək verən Qərb tərəfindən birmənalı qarşılanmayacaq:

"Həmçinin Ermənistanın anti-Rusiya siyasəti fonunda da, bu siyasətə uyğun gəlmir. Bu baxımdan Paşinyanın andiçmə mərasimində iştirakdan imtina edəcəyi gözlənilir. Sadəcə burada bir məqam var ki, Paşinyanın mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etməsi ehtimalı daha çox görünür. Ermənistan əvvəldən KTMT və MDB-nin iclaslarından yayınmağa çalışır. Çünki hərbi və siyasi baxımından Qərbdən dəstək ala bilir. Amma Avrasiya İqtisadi İttifaqında iştirakdan yayınmır, əksinə daha çox maraqlı görünür. Çünki iqtisadi baxımdan Ermənistanın alternativi yoxdur, yəni bu bazardan asılıdır.

O baxımdan Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsini Qərb tərəfdaşlarına izah edə bilməz. Amma ittifaqın iclasında iştirakını izah edə bilər. Paşinyan Moskvaya gedəcək, amma burada qəribə bir vəziyyətin yaranacağı da istisna deyil. Bütün hallarda Paşinyan Putinlə üz-üzə gələcək və istər-istəməz ona qarşı mənfi münasibət olacağı aydın görünür. Bir gün öncə Putinin andiçmə mərasimində iştirak etməyən Paşinyan bir gün sonra Moskvada olacaq, Putinlə bütün hallarda təmasda olacaq. Yəni Paşinyan üçün olduqca xoşagəlməz vəziyyət yaranacaq".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da “Rossiya” kanalında canlı yayımlanacaq.

Yada salaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V. Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib və beşinci dəfə Rusiya prezidenti seçilib.

18 May 2024 Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17 May 2024 Misir İsrailin təklifini rədd edib - "Reuters"
17 May 2024 Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17 May 2024 ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17 May 2024 Polşa “Bayraktar”lara qovuşdu
17 May 2024 Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
16 May 2024 ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
16 May 2024 Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
16 May 2024 Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
16 May 2024 Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
15 May 2024 Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
15 May 2024 Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
15 May 2024 Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
15 May 2024 Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
15 May 2024 Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
15 May 2024 Hitlerin səhvini Rusiya edir - Feldman
15 May 2024 Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14 May 2024 Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
14 May 2024 ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
14 May 2024 Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır

Xəbər lenti