Türkiyədə özünü din adamı kimi təqdim edən Adnan Oktar və tərəfdarlarının həbs edilməsi istiqamətində əməliyyat keçirilib.

 

Axar.az xəbər verir ki, mərkəzi İstanbul olan 5 mahalda Adnan Oktarın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olduğu iddia olunan 235 nəfərin yaxalanması üçün işlər başladılıb.

Məlumata görə, Adnan Oktar özü də İstanbulun Çəngəlköy bölgəsində saxlanılıb. Oktar və mühafizəçilərinin polisə müqavimət göstərdiyi qeyd olunur. Bundan əlavə, Oktarın verilişlərini canlı yayımlayan A9 TV telekanalı da əməliyyat keçirilən ünvanlar sırasında olub.

Adnan Oktar haqqında qaldırılan ittihamlar olduqca genişdir. Bunlar arasında cinayətkar dəstə yaratmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, uşaq qaçırılması, şəxsi azadlıqdan məhrumetmə, dini inanc və hislərin istismar edilməsi, saxtakarlıq, cinayət yolu ilə əldə olunmuş pulun yuyulması, şəxsi həyatın gizliliyinin pozulması, terrorla mübarizə qanununa müxalif mövqe, təhdid, iftira, xalqı hərbi xidmətdən yayındırmağı göstərmək olar. İttihamlar arasında ən diqqətçəkəni isə Oktarın siyasi və hərbi casusluq etməsidir.

03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Kreml Paşinyanı növbədənkənar seçkiyə məcbur edir
02 May 2025 ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
02 May 2025 Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...
02 May 2025 Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA
02 May 2025 İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı
02 May 2025 Tramp ən yaxın adamının üstündən xətt çəkdi
02 May 2025 Ağ Ev: Ukraynadakı müharibə tezliklə bitməyəcək
02 May 2025 Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
01 May 2025 Bu türk ölkəsində qiyabi təhsil ləğv edilir - Azərbaycanda isə...
01 May 2025 Ərdoğandan Trampa OD KİMİ SÖZLƏR: Netanyahunu DAYANDIR, yoxsa...!
01 May 2025 “Trilyon dollarlıq müqavilə”: ABŞ Ukraynanın taleyinə ortaq olur?
01 May 2025 Putin hiyləgər insandır - Tramp
01 May 2025 Kavelaşvilini Bakıdan İrəvana aparan səbəb - yeni gəlişmə
01 May 2025 Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər
01 May 2025 İsraildə meşə yanğınları davam edir - 17 yaralı - Video
01 May 2025 Ərdoğan vətəndaşlarla kafedə - Video
01 May 2025 Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu

Xəbər lenti