Rusiya Ermənistan Baş naziri Nikol Paşinyana qarşı payızda böyük etirazlar təşkil edəcək.

 

Axar.az xəbər verir ki, bunu “Novaya qazeta” qəzetinə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib:

“Qafqaz sürətlə dəyişir. Ermənistana baxın. Tam nəzarət yoxdur. Təkcə hərbi nəzarət və Rusiya təbliğatı xalqın iradəsini dayandırmaq gücündə deyil. Putin Ermənistanı rahat buraxan deyil. Məncə payızda Paşinyana qarşı etiraz dalğası qaldırılacaq. Paşinyan hər vasitə ilə çalışır ki, Putini razı salsın. Putini isə heç cür razı salmaq mümkün deyil. Putin görmədi ki, ayağa qalxan qərbyönlü, ingilisdilli gənclərdir. Üstəlik hazırda Ermənistanda rus ordusu ilə bağlı böyük qıcıqlanmalar da mövcuddur. Bu ordu Ermənistanda özünü işğalçı kimi aparır və bu da insanları qıcıqlandırır”.

Saakaşvilinin sözlərinə görə, Paşinyan həmçinin KTMT rəhbəri Xaçaturov, “Qazprom”un Ermənistandakı rəhbəri Köçəryana qarşı gedir:

“Bunlar Rusiyanın Ermənistandakı dayaqlarıdır. Mən Paşinyanın Moskvada nə dediyini bilmirəm, amma Putin belə şeyləri həzm etmir. İndi istənilən halda Paşinyanı devirməyə çalışacaqlar. Bu məndə heç bir şübhə yaratmır. Paşinyanın böyük problemləri başlayacaq, aksiyalar start götürəcək. Moskvadakı oliqarxlar Paşinyana qarşı böyük pullar verəcəklər ki, Ermənistanın daxilində mütəşəkkil cinayətkarlığı gücləndirsinlər. Onun çox az vaxtı qalıb və məncə o, əlində rıçaqları olduğu zaman ətrafına yeni adamları boşuna toplamayıb. Problem odur ki, Paşinyan hüquq-mühafizə sistemini dağıtmadan Köçəryanı həbs etmək istəyir. Lakin köhnə hüquq-mühafizə sistemi onun qərarlarını sabotaj etməyə çalışacaq. Paşinyan hər şeyi doğru edir, amma sistemi dəyişmir. Bu köhnə sistem zamanı gələndə onun əmrlərini icra etməkdən imtina edib, özünə qarşı işləyəcək”, – deyə o bildirib.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti