Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağımıza səbəb olan məqam Gürcüstan prezidenti vəzifəsində psixi baxımdan tam sağlam olmayan adamın əyləşməsi idi.

 

Axar.az xəbər verir ki, bunu “Kommersant”a müsahibəsində Rusiya Baş naziri Dmitri Medvedyev deyib.

“Gürcüstanın o zamankı rəhbəri vəzifəsində psixi baxımdan sağlam olmayan Mixail Saakaşvilinin əyləşməsi, başqa varianta əl atmağımıza imkan vermədi. Əgər orada başqa rəhbərlik olsaydı, nəyisə müzakirə etmək olardı. Əminəm ki, başqa rəhbərlik olsaydı, qocalar və uşaqlara, rusiyalı sülhməramlılara hücumla bağlı belə biabırçı qərar qəbul etməzdi, Rusiyaya müharibə elan etməzdi”, - o bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə Rusiyanın Gürcüstanı məhv etmək və Saakaşvilini edam etmək haqqında fikri yox idi. Rusiya tanklarının niyə Tiflisin 10 kilometrliyində dayanması ilə bağlı suala Medvedyev rus ordusunun əsas hədəfinin Cənubi Osetiyadan Gürcüstan ordusunun çıxarılması və gələcək eskalasiyanın qarşısını almaqdan ibarət olması cavabını verib:

“Yekunda bu, bizə Gürcüstan, Cənubi Osetiya və Abxaziyada situasiyanı sakitləşdirməyə, Avropa Birliyi və digər ölkələrlə daha rahat əlaqə qurmağa imkan yaratdı. Əsas odur ki, aqressiyanı Gürcüstanın başlatdığı müəyyən olundu. Bunu isə artıq tarixdən silmək mümkün deyil”.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti