Gürcüstanla müharibənin başlanılması qaçılmaz idi.

Buna bizi Saakaşvilinin məsulliyətsiz, cinayətkar davranışı məcbur etdi.

Axar.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Rusiyanın Baş naziri Dmitri Medvedyev deyib. Onun sözlərinə görə, Cənubi Osetiya və Abxaziya ilə bağlı gərginlik 2008-ci ildə yox, 1991-ci ildən əvvəl yaranıb:

“Problemin kökü 1990-cı illərdə olanlarla, bu dövrdə qəbul edilən qərarlarla bağlıdır. 1990-cı illərdə Tiflis hökuməti elə qərarlar qəbul etmişdi ki, bu qərarlar Abxaziya və Cənubi Osetiyada qəbul edilməmişdi. Bunun nəticəsində konflikt yarandı və sülhməramlılar bölgəyə yeridildi. 2008-ci ilə qədər neqativ prosesləri balanslaşdırmaq mümkün olurdu”.

Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasına gəlincə, Medvedyev bildirib ki, bununla bağlı diskussiyalar olub, həmişə də olacaq:

“Bu, istənilən vətəndaş cəmiyyəti üçün tam normal haldır. Əgər biz ali rəhbərliyin mövqeyindən danışsaq, o zaman burada mövqe vahid idi.

Hərbi kampaniyanın bitməsindən sonra sual yarandı ki, bundan sonra nə olacaq. Təbii ki, bu sual hər kəsdən əvvəl dövlət başçısı kimi mənim qarşımda dayanmışdı. Müəyyən zaman düşündüm və belə nəticəyə gəldim ki, bu iki qurumun müstəqilliyini tanımaqdan yaxşı heç nə yoxdur. Mən qərarı qəbul edəndə ilk növbədə gələcəkdə sülhün və Qafqazda stabilliyin saxlanılmasını özüm üçün əsas götürmüşdüm. Mənim fikrimcə bu, yeganə mümkün addım idi. Bir müddət sonra hökumətin başçısı Vladimir Putinlə bunu müzakirə etdim və o da məni dəstəklədi. Az sonra məsələ Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıldı. Təhlükəsizlik Şurası da məni dəstəklədi”.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti