İraqın qərbində terrorçu-kamikadzenin nəzarət-buraxılış məntəqəsində törətdiyi partlayış nəticəsində azı 8 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Ardını oxu...

Rusiya prezidenti Vladimir Putinin pensiya dəyişiklikləri ilə bağlı çıxışı zamanı rublun dollar və avroya nisbətdə məzənnəsi müvafiq olaraq 20 və 40 qəpik artıb.

Ardını oxu...

Rusiyada qadınlar 63 deyil, 60 yaşında, kişilər isə 65 yaşında pensiyaya çıxmalıdırlar.

Ardını oxu...

Rusiyalı publisist və “Açıq Rusiya” hərəkatının koordinatoru Vladimir Kara-Murza keçən həftə vəfat edən ABŞ-ın məşhur senatoru Con Makkeynin tabutunu daşıyacaq.

Ardını oxu...

Con Makkeyn Rusiyanın 1 nömrəli düşməni idi və onun ölümünə təəssüflənmək lazım deyil.

Ardını oxu...

Fransanın Petroqrafik və Geokimyəvi tədqiqatlar Mərkəzinin alimləri 252 milyon il əvvəl Sibirdəki güclü vulkanik aktivliyin canlı orqanizmlərin məhvinə necə səbəb olmasını müəyyən ediblər.

Ardını oxu...

"İranda casusluqda şübhəli bilinən onlarla şəxs saxlanılıb".

Ardını oxu...

Almaniya hökuməti Türkiyəyə maliyyə yardımı göstərə bilər.

Ardını oxu...

Mən artıq siyasətə qayıtmışam.

Axar.az xəbər verir ki, bunu NTV televiziyasına müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

“Mən Ermənistanın 10 il prezidenti olmuşam. Bu 10 il ərzində Ermənistanın ümumdaxili məhsulu 5 dəfə artıb, büdcəmiz isə 8 dəfə böyüyüb. Sizin İrəvanda gördüyünüz maraqlı tikililərin hamısı o dövrdə tikilib”, – deyə o bildirib.

Özünün bundan sonrakı dönəmdə hansı partiya və ya koalisiya ilə hərəkət edəcəyi sualına isə Köçəryan bugünkü problemləri görən hər kəsi öz ətrafında birləşdirəcək ciddi mərkəz ola biləcəyini deyib. O, həmçinin Ermənistandakı mövcud vəziyyəti saxlanılması mümkün olmayan populizm adlandırıb:

“Sonuncu mitinqdə (Paşinyanın son mitinqi nəzərdə tutulur) bəyan edilir ki, Ermənistanda de-fakto yeni dövlət idarəetmə sistemi yaradılıb və inqilab meydanı xalq hakimiyyətinin ali orqanı elan edilib. Bu, zarafat deyil. Bizim Konstitusiyada meydanın xalq hakimiyyətinin ali orqanı olacağıyla bağlı heç bir şey yoxdur. Bundan sonra deyilir ki, hökumət bu meydan qarşısında məsuliyyət daşıyır. Bu o deməkdir ki, bütün vacib daxili siyasi və iqtisadi məsələlər bu meydanda müzakirə ediləcək. Ermənistanda baş verənlər qarşısıalınmaz populizmdir. Bunun nəticələri uzun müddət ərzində ölkənin inkişafına maneə törədəcək. Mən hətta düşünürəm ki, elektrik enerjisi, kommunal xidmət, təqaüd həcmləri, maaşlar, vergi qanunvericiliyi də yəqin ki, bu meydanda müzakirə ediləcək. Bu, sadəcə təcrübənin olmaması deməkdir.

Hazırkı inqilabi eyforiya uzun müddət qala bilməz. İnqilabdan sonra kiminsə həyatının yaxşı olmasıyla bağlı siz bir nümunə çəkin! Misir, Tunis, Suriya, Liviyadamı vəziyyət yaxşıdır? İnsanların həyatı pisləşib. Bəlkə, Ukraynada vəziyyət yaxşılaşıb? Ərazi itkisi, həyat keyfiyyətinin itməsindən başqa heç nə əldə etməyiblər. Bəlkə Gürcüstan? Ərazilərini itiriblər. Mənə sadəcə bir nümunə göstərin...”

Mərhum amerikalı senator Con Makkeynin tabutunu daşıyanlardan biri də rusiyalı jurnalist Vladimir Kara-Murza olacaq.

Ardını oxu...

Xəbər lenti