“BakuBus” ilə Gəncə marşrutunun QİYMƏTİ

Bu gündən “BakuBus” MMC paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayıb.

“Yol-xeber.az” sözügedən marşrutların qiymətini müəyyən edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, qiymətlərdə dəyişiklik yoxdur: "Paytaxtdan Gəncə istiqamətində və əksinə bir istiqamət üzrə biletin qiyməti 10,4 manat təşkil edir".

Qeyd edək ki, Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşəcək.

Azərbaycanda üç zavod satışa çıxarıldı -  QİYMƏT

Azərbaycanın ən iri şirkətlərindən biri olmuş "Gilan Holdinq"in inşa etdirdiyi süd emalı zavodları satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bunlar Tərtər, Ağcabədi və Zaqatala rayonlarındakı süd emalı zavodlarıdır.

Belə ki, Tərtərin Buruc kəndində yerləşən zavodun tikili sahəsi 4 198,2 kvadratmetrdir. 1,5 hektar əraziyə malik olan müəssisə avadanlıqları ilə birlikdə 1 600 000 manata satılır.

Ağcabədi şəhərində yerləşən digər süd emalı zavodunun tikili sahəsi isə 4500 kvadratmetrdir. 2 hektar ərazini əhatə edən zavod avadanlıqları ilə birlikdə 1 750 000 manata satışa çıxarılıb.

Zaqataladakı süd emalı zavodu isə rayonun Muxax kəndində yerləşir. Ümumi sahəsi 4070,1 kvadratmetr olan müəssisə 5 hektar ərazidə inşa olunub. Bu zavod isə 1 730 000 manata təklif olunur.

Zaqatala Süd Emalı Zavodunun 2010-cu ildə, Ağcabədi Süd Emalı Zavodunun 2011-ci ildə, Tərtər Süd Emalı Zavodunun isə 2012-ci ildə açılışı olub.

Xatırladaq ki, "Gilan Holdinq" 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Holdinq ötən ilin iyulunda adını "Xəzri Solutions"a dəyişib. Amma cəmi bir aydan sonra "Gilan Holdinq"in adının dəyişdirilməsi ilə yaradılmış "Xəzri Solutions" ləğv olunduğunu elan edib.

Xankəndinin Baş planı hazırlanır: 3 milyon manatlıq layihə

Xankəndi şəhərinin Baş planı hazırlanacaq.

Layihənin hazırlanması “Chapman Taylor LLP” şirkətinə həvalə olunub.

Dövlət Şəhərsalma və Arxitertura Komitəsi planın hazırlanması üçün 2 mln 874 min 187 manat ayrıb.

Un məmulatları bahalaşacaq?

Unun bahalaşması ilə şirniyyat qiymətlərinin artacağı iddia olunur. 

Xezerxeber.az-ın məlumatına görə, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində təxminən 2 manata yaxın artım olub. Bu artım hələ ki, özünü çörəyin və un məmulatlarının qiymətinin artımında  göstərmir.

Amma sahibkarlar unun bahalaşmasının un məmulatlarının qiymətinə təsir etməyəcəyini deyirlər. Onlar bildirirlər ki, un məməulatlarının qiymətinin artması şirniyyatların hazırlanması zamanı istifadə edilən digər xammal məhsullarının qiymətindən asılıdır. 

İqtisadçı Fuad İbrahimov isə bildirir ki, unun qiymətində artım tendensiyası müşahidə olunsa da, çörəyin bahalaşması gözlənilmir.

İqtisadçı onu da əlavə edib ki, bazarda olan əksər sahibkarlar un tədarükünü aylıq olaraq təmin edir. Ümumilikdə isə, unun qiymətində növbəti bahalaşma gözlənilmir. 

Ekspertlər  hesab edirlər ki, gələn aydan ölkədə taxıl biçinin başlaması da bazara müsbət təsir edəcək. 

Günün valyuta məzənnələri - SİYAHI

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,04% azalaraq 1,8451 manat, Rusiya rublunun məzənnəsi 1,1% irəliləyərək 0,0189 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0528 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Yaxın günlərdə ət bahalaşacaq? - Ekspert danışdı

Bölgələrdə bir bağlama otun qiyməti iki dəfəyə yaxın ucuzlaşıb. Ancaq bu vəziyyət ət bazarında demək olar ki, hiss olunmur.

Bərdə və Şəkidən olan fermerlər deyirlər ki, ötən ilin May ayında quru yonca otunun bağlamalarını minimum yeddi manat 50 qəpiyə almaq mümkün idisə, hazırda bu qiymətlər iki manat 50 qəpik, üç manat arasında dəyişir.

Biləsuvarlı fermerlər isə otun ucuz satıldığını deyirlər.

Nəzərə alsaq ki, heyvanların yem rasionunun əsasını quru otlar təşkil edir, deməli məhsul boldur və ucuzlaşmanın bu istiqamətə müsbət təsirini də düşünə bilərik.

Qəssablar isə bildiriblər ki, 14 manata mal, 19 manata isə quzu əti satırlar.

Körpə quzunun kiloqramı isə 20-21 manat təşkil edir.

İqdisadçı Xalid Kərimli deyir ki, ot və yemin mövsümü ucuzlaşması ətin qiymətinə çox təsir etmir. Ətin bahalaşmasının əsas səbəbi saxlanılan heyvan sayı ilə əlaqədardır. 2016-cı illə müqayisədə qoyun və keçi sayında 17 faiz azalma müşahidə olunub.

X.Kərimli onu da vurğulayıb ki, tələb təklifi üstələdiyinə görə, yaxın vaxtlarda ətin qiymətində ucuzlaşma gözlənilmir.

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:

Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bildirib ki, hər bir dəhlizin tutumu var: "Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olacaq bir layihədir. Zəngəzur dəhlizi Azərbaycanın Bakı şəhərindən başlayaraq Ermənistan və ya İran sərhədlərindən və Naxçıvandan keçərək əvvəlcə Qarsa, daha sonra Sivasa birləşən həm avtomobil yolu, həm də dəmiryolu xətti layihəsidir. Azərbaycan danışıqları davam etdirir. İranla da təmaslar davam edir. Müəyyən bir nöqtəyə gəlinib. Zəngəzur dəhlizi yaxın zamanda ya Ermənistan, ya da İran üzərindən tamamlanacaq. Bizi də türk dünyası ilə birbaşa birləşdirəcək". Uraloğlu əlavə edib ki, Naxçıvan tərəfdə mövcud bir xətt var: “İlkin mərhələdə bu xətt təkmilləşdiriləcək. Daha sonra yenidən qurulacaq. Tenderlər keçirilib, amma bu gün başlasa, orta hesabla beş il çəkəcək. Bu xəttin 2028-29-cu illərdə istismara verildiyini görəcəyik”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, türkiyəli nazir oxşar açıqlamanı bu il ərzində bir neçə dəfə səsləndirib:

"Türkiyənin nəqliyyat və infrastruktur nazirinin Zəngəzur dəhlizinin işə başlayacağı ilə bağlı əminliyi nə ilə bağlıdır? Axı Ermənistan Azərbaycanın maneəsiz dəhliz yanaşmasını qəbul etmir və bu, danışıqlarda irəliləyişin əldə edilməsinə əngəldir. Zəngəzur dəhlizi ilə bağlı razılıq olmasa da, Abdülkadir Uraloğlunun dəhlizlə bağlı ümidverici açıqlamaları ümumi işin xeyrinədir. Ankara ilə İrəvan arasında dialoq davam edir və mümkündür ki, Ermənistan rəsmiləri Zəngəzur dəhlizinin açılmasıyla bağlı üzərlərinə müəyyən öhdəliklər götürüblər. İrəvanı tələsdirməyə məcbur edən başqa gedişat da var. Ermənistan Zəngəzur dəhlizini yubadacağı halda İrandan keçən Araz dəhlizi işə düşəcək. Bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq və Orta dəhlizin tərkib hissəsi ola bilməyəcək. Qeyd edim ki, Azərbaycan və İran prezidentləri “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi ilə əlaqədar Araz çayı kənarında görüşdülər. Prezidentlərin Araz kənarı ilə dəmiryolu xəttinin tikintisi mövzusunu da müzakirə etdikləri ehtimalı yüksəkdir".
Cavanşir körpüsü söküldü - FOTO

Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsü sökülüb.

"Söküntü işlərinə mayın 20-dən etibarən başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.

 

 
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin dəyəri bu gün səhər saatlarında 71 min dolları ötüb.

"Bitkoin yanvarın 23-dəki illik minimumu olan 38 505 dollardan 82,3% bahalaşıb.

"Ethereum" blokçeyn şəbəkəsinə qoşulan kriptovalyuta etherin dəyəri isə 13,3% bahalaşaraq 3500 dollara çatıb.

Bahalaşmaya səbəb bu həftə ABŞ-də "Ethereum ETF" (birja ticarəti fondu) tətbiqləri ilə bağlı qərarın verilməsi ilə bağlı gözləntilərdir. Qərarın mayın 23-də açıqlanması gözlənilir.

Belə ki, "Bloomberg"in ETF analitikləri daha əvvəl 25% olaraq elan etdikləri təsdiqləmə ehtimalını 75%-ə qədər artırdıqlarını açıqlayıblar. Bu da kriptovalyutaların qiymətinin artmasına səbəb olub.

İran prezidentinin ölümü nefti bahalaşdırdı

Əsas istehsalçı ölkələrdəki siyasi qeyri-müəyyənlik fonunda "Brent" markalı neft bahalaşıb.

"Brent" fyuçerslərinin qiyməti mayın 10-dan bəri ən yüksək həddi olan 84,30 dollara çatdıqdan sonra 0,1 dollar və ya 0,1% bahalaşma ilə bir barel üçün 84,08 dollar həddində qərarlaşıb.

ABŞ-ın Qərbi Texas neftinin (WTI) iyun fyuçersləri isə mayın 1-dən bəri ən yüksək göstəricisi olan 80,23 dollar/barelə yüksəldikdən sonra 80,01 dollara enib.

Bahalaşmaya səbəb isə İran prezidentinin helikopter qəzasında ölməsi və Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın kralın sağlamlıq problemlərini əsas gətirərək Yaponiya səfərini ləğv etməsi olub.

Xəbər lenti