“Brent” markalı neftin bir barrelinin yanvarın ikinci ongünlüyündən başlayaraq, 60 dollardan baha satılması biznes dairələrində qiymətlərin artacağına inam yaratsa da, Kanadada neft quyularının sayının artması ilə bağlı açıqlama yenidən ucuzlaşmaya səbəb oldu.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib.

“Neft bazarındakı tendensiya göstərir ki, OPEK-in cəhdlərinə baxmayaraq, hələlik yüksək qiymətlər real deyil. Şimali Amerikada şist neft hasil edən quyuların sayı azalsa da, qiymətin 60 dolları keçməsi yenidən sözügedən istehsalı rentabelli edir və bu da yenidən təklifi artıraraq qiyməti azaldır. Digər tərəfdən, 2019-ci ildə qlobal iqtisadiyyat üçün proqnozlar nikbin deyil. Bu isə o deməkdir ki, xüsusi fors-major hallar baş verməzsə, bu il neftin qiyməti yüksək olmayacaq”, - ekspert qeyd edib.

İqtisadçı bildirib ki, ötən ilin yekunlarına əsasən manatın məzənnəsinə neftin dünya bazar qiyməti və qeyri-neft ixracatındakı tərəfdaş ölkələrin milli valyutalarının kursu ilə yanaşı, idxalın həcmi də birbaşa təsir göstərir:

“2018-ci ildə aylar üzrə dollara tələbin dəyişməsi dinamikasına diqqət yetirsək, əsasən idxal artan aylarda dollar alışı yüksəlib. İdxalın artması fonunda dollara tələb də artıb. Eyni zamanda, idxalın artım dinamikası ilə büdcə xərcləmələri arasında da əlaqə var. Yəni büdcədən çox xərcələnəndə idxal çox olur və bu da dollara tələbi artırır. Çünki idxal etmək üçün dollar lazımdır. Bu il dövlət büdcəsindən 25 milyard 190 milyon manat xərcləmək nəzərdə tutulub. 2018-ci ildə büdcə xərcləri 21 milyard 47 milyon manat proqnozlaşdırılmışdı. Bu isə o deməkdir ki, büdcə xərcləmələri 2019-cu ildə ötən ilə nisbətən 17 faiz yüksək olacaq. Deməli, 2019-cu ildə neftin dünya bazar qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, dollara tələb artacaq”.

Ekspert bildirib ki, manatın məzənnəsi məsələsində həlledici söz sahibi yenə də Mərkəzi Bankın mövqeyi olacaq.

V.Bayramov avronun məzənnəsindən də danışıb:

“Ötən ilin sonunda Avropa Birliyi büdcəsi ilə bağlı əldə edilən razılaşma avroya nəfəs versə də, hələlik avrozonadakı təzyiq tam aradan qalxmayıb. Belə ki, Avropanın bir sıra aparıcı ölkələrindəki siyasi etirazlar avroya təzyiq yaratmaqda davam edir. Bununla belə, Avropa Mərkəzi Bankı 2019-cu ildə uçot dərəcəsinə korrektələr etmək niyyətindədir. Bu isə o deməkdir ki, siyasi etirazlar sona yetdiyi halda yenidən avronun məzənnəsində möhkəmlənmə müşahidə edilə bilər. Digər tərəfdən bu il qlobal valyuta bazarında volatilliyin yüksək olacağı da proqnozlaşdırılır”.


Xalq Bank ASC-nin səhmlərinin 16,15%-nə nəzarət edən Amal Invest Group MMC ləğv olunduğunu elan edib.

Ardını oxu...


"Kapital Bank" nağd pul kreditinin illik faiz dərəcəsini azaltdı.

Ardını oxu...


Qardaş ölkə Türkiyədə bu gecədən etibarən dizel təxminən 18 kuruş, benzin isə 17 kuruş bahalaşacaq.

Ardını oxu...


2010-cu ildə Azercell Telekom MMC-nin dəstəyi ilə uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.

Ardını oxu...


Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək.

Ardını oxu...


09:23

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir.

Ardını oxu...


Azərbaycanda enerji içkilərinin qiyməti bahalaşıb.

Ardını oxu...


Bu il yanvarın 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliyə əsasən, pensiya təyinatının avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə başlanılıb.

Ardını oxu...


Rusiya Ermənistana satdığı qazın qiymətini 150 dollardan 165 dollara qaldırıb. Bu, Ermənistana illik nə qədər əlavə ödənişə məcbur edəcək?

Ardını oxu...

Xəbər lenti